XAÇMAZDA KARANTİN REJİMİNƏ ƏMƏL EDİLMƏSİ NƏZARƏTDƏDİR
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir, vətəndaşlarla profilaktik söhbətlər aparmaqla onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırırlar. Sakinlərdən təyin olunmuş qaydada icazə sistemi vasitəsi ilə icazə aldıqdan sonra hərəkət etməyi tələb edən şöbə əməkdaşları, hər kəsə “evdə qal” kompaniyasına qoşulmalarının zəruriliyini bildirirlər. Həmçinin elan olunmuş xüsusi karantin rejiminin tələblərinin icrası ilə əlaqədar rayon ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirirlər.
Bu tədbirlərlə yanaşı xüsusi rejim çərçivəsində polis əməkdaşları tərəfindən müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, eləcə də rayon və kəndlər arasında lüzumsuz yerə nəqliyyat vasitələri idarə edən sürücülər də aşkarlanıb. Belə ki, xüsusi karantin rejiminin tələblərini pozan 341 vətəndaş barəsində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən İXM-nin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq, həmin şəxslər məsuliyyətə cəlb olunublar. 






Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək