XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » "Salyanlı sürücüləri himayə edən DYP rəisi..." – ŞİKAYƏT+FOTO

"Salyanlı sürücüləri himayə edən DYP rəisi..." – ŞİKAYƏT+FOTO

"Salyanlı sürücüləri himayə edən DYP rəisi..." – ŞİKAYƏT+FOTO
1-05-2020, 21:51

Neftçala RPŞ-nin DYP bölməsinin rəisi, polis mayoru Azad Məmmədyarovdan rayon sakinləri adından Sfera.az-ın redaksiyasına şikayət daxil olub.

Neftçala sakinlərini narahat edən məsələ DYP rəisinin həddən artıq Salyan patriotluğu və yaxud da dövləti səlahiyyətlərindən maksimum şəxsi mənafelərinə görə istifadə etməsidir.

Son 5 ildə Azad Məmmədyarov Neftçalada salyanlı sürücülərə "krışa"lıq etdiyinə görə yaddaşlarda qalıb.

5 il bundan əvvəl Salyan Rayon Polis Şöbəsinin DYP bölməsində baş inspektor işləyən polis baş leytenantı Azad Məmmədyarov elə həmin il Neftçala RPŞ-nin DYP bölməsinin rəisi vəzifəsinə təyin olunur.

Məlumatda bildirilir ki, Neftçalada yol nəqliyyat hadisələrini pozan bütün Salyan seriyası ilə qeydiyyatda olan, dövlət nömrə nişanlı avtomobillər və DYP rəisinin salyanlı qohum, dost və tanış sürücülərini saxlamaga heç bir inspektorun ixtiyarı yoxdur: "Azad Məmmədyarovun neftçalalılara olan həddindən artıq mənfi münasibətinin haradan qaynaqlandığını bilməsək də rayonda qısa müddətdə varlanmasının şahidi olduq. Neftçalada sürücülərin ödədikləri cərimələrin hesabına rayon mərkəzində qısa bir müddətdə iki mərtəbəli yaraşıqlı və müasir fərdi evin tikintisini aparmaq da bzdə hədsiz şübhələr yaradır. Nəzərə alsaq ki, Salyanla Neftçala rayonlarının arasında 40 km-lik məsafə var, DYP rəsinin burada ev tikməsi ona o qədərdə vacib deyildi. Ev tikən adama da pullar lazım olur. İndi özünüz qərar verin. Azad Məmmədyarovun bu tikintini aparması üçün nə qədər maşınlar qurban kimi cərimə meydançasına aparılıb, və yaxud da cərimələr yazılıb. Hüquq-mühafizə orqanları Azad Məmmədyarovun xidməti fəaliyyəti dövrünü araşdırsalar, bir çox gizli obyetklərini aşkar etmiş olacaqlar. Azərbaycan hamımızın vətənidir. Onu bölgələrə ayırmaq və regionşünaslıq heç birimizə xeyir gətirməz. Ədalətsiz ideyalarla yaşayan Azad Məmmədyarovun qanunsuz əməlləri ilə bağlı Daxili İşlər naziri cənab Vilayət Eyvazova məlumat verilib. Rayon sakinləri olaraq inanırıq ki, Neftçala rayon polis şöbəsinin rəisi Vüsal Şəbəndiyev də onun bu əməlini şiddətlə qınayır, cənab nazir tezliklə Azad Məmmədyarovu Polis Orqanlarından xaric edəcək".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
"Salyanlı sürücüləri himayə edən DYP rəisi..." – ŞİKAYƏT+FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.