Füzuli RİH-nin başçısı Alı Alıyev rayonun nəzarət postlarında xidmət aparan polislərlə görüşdü
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejiminin təmin olunması məqsədilə rayon ərazisində qurulan polis nəzarət postlarında olub, burada xidmət aparan polis əməkdaşları ilə görüşüb, onların xidməti ilə maraqlanıb. Rayon İcra Hakimiyyətinin başçısına məlumat verilib ki, koronovirus epidemiyasının qarşısının alınması, insanların sağlamlığının qorunması məqsədilə Füzuli rayon poliş şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, rayon ərazisində insanların hərəkətinin tənzimlənməsi məqsədilə nəzarət postları təşkil edilib. Polis əməkdaşları həmçinin rayonun bütün yaşayış məntəqələrində insanlar arasında maarifləndirmə-xəbərdarlıq işləri aparır, vətəndaşlardan xüsusi karantin rejiminin qaydalarına əməl etmələrini, zərurət olmadıqda evdən çıxmamaları, yalnız təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantıları atıldıqda evdən çıxmalarını, ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmələrini, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmələrini tövsiyə edirlər.
Alı Alıyev gecə-gündüz yorulmadan xidmət aparan polis əməkdaşlarına öz təşəkkürünü bildirib.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri nəzarət postlarında xidmət aparan polis əməkdaşlarına ərzaq bağlamaları veriblər. 



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...