XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Ağcabədinin yeni başçısı da odioz Rövşən Əhmədovla bacarmır -VİDEO

Ağcabədinin yeni başçısı da odioz Rövşən Əhmədovla bacarmır -VİDEO

Ağcabədinin yeni başçısı da odioz Rövşən Əhmədovla bacarmır -VİDEO
16-04-2020, 10:40

Masallıdan Ağcabədiyə icra başçısı postuna transfer edilən Rafil Hüseynov da rayonun odioz məmurlarından olan I müavin Rövşən Əhmədovla bacarmır.

Xezer.org mediaya istinadla xəbər verir ki, Şahin Məmmədovun ram edə bilmədiyi Rövşən Əhmədova Rafil Hüseynov da bata bilmir.

Hətta deyilir ki, DTX Ağcabədidə əməliyyat keçirsə, ciddi məsələlər ortaya çıxa bilər. R.Əhmədov rayonda hegemonluq edir.

O, eynilə Ağstafada başçı müavini olmuş və DTX tərəfindən həbs edilmiş Ramiz Tatarov kimi Ağcabədidə ağalıq edir.

İH-dəki bütün qeyri-rəsmi işlər onun razılığı olmadan həyata keçirilə bilməz. İcra başçısı R.Hüseynovun da onun əmrlərinə tabe olduğu deyilir.

Çox maraqlıdır ki, yanvarda R.Əhmədov ödənişsiz məzuniyyətə buraxılmışdı. O, parlament seçkilərində iştirak etmək qərarı vermişdi. Sonra deputatlıq yolunda fəaliyyətindən bir xəbər çıxmadı və məsələ ört-basdır edildi.

Bir müddət əvvəl reportyor.info rayonun icra başçısı müavini, Ağcabədiyə “qan udduran” Rövşən Əhmədovun gözləri qarşısında onun zülmündən bezar olan vətəndaş üstünə benzin töküb özünü yandırmağa cəhd etməsini, onun isə şikayətçilərdən birinin replikasına cavab verərək deyir ki, “özün öl” video kadrlarını yaymışdı.

Bu hədyanın, hərəb-zorbalığın, yekəxanalığın şahidi olmaq üçün həmin videoya baxmaq kifayətdir ki, bu sözlər görüntülərin qarşısında acizdir.

Vaxtilə prezident çıxışlarının birində söyləmişdi ki, bəzən məmurlar yekəxanalıq edirlər və R.Əhmədovun videodakı davranışında ölkə başçısının sözü yada düşür.

R.Əhmədov ilk dəfə qalmaqalla, vətəndaşların haqqını pozmaqla, sahibkarlara “divan tutmaq”la gündəmə gəlmir. Onun adı həmişə Ağcabədidə özbaşınalıqlarda hallanıb, icra başçısının “sağ əli” kimi tanınıb.

Bundan əlavə, R.Əhmədovun diplomu hazırda sənədləri etibarsız hesab edilən Azərbaycan Beynəlxalq Universitetindəndir. Üstəlik o, hərbi xidmətdə olmayıb. Bu barədə bir müddət əvvəl mətbuatda da yazılmışdı.

Qarşı tərəfin vəkili açıqlama verib guya təkzib elədi, amma sadəcə söz dedi, heç bir sənəd-sübut ortaya qoyulmadı.

R.Əhmədovun daş karxanaları var. Qarqarçayın sərvətləri də onun “karyer”lərinə daşınır. Karyer Türkiyəyə bağlı “Polat” şirkəti ilə tərəf müqabili kimi fəaliyyət göstərir.

Xezer.org mətbuata istinadla yazır ki, Rövşən Əhmədovun Ağcabədidə yüzlərlə obyektləri var. R.Əhmədovun obyektlərinin siyahısını təqdim edirik: təzə xəstəxananın sağında-solunda mağazaları, “moyka”ları, aptekləri var.

Rayonun Tofiq İsmayılov və Ənnağı Bünyatov küçələrində 300-400 kvadrat metrlik böyük “avtozapçast” mağazası, maşın təmiri sexləri var.

Alman qəsəbəsi deyilən ərazidə qeyri-qanuni şəkildə icarə müqaviləsi bağlamaqla icarəyə verdiyi piltə, tamet sexləri, sement zavodu fəaliyyətdədir.
Ağcabədidə bütün tikililər üçün lazımı materiallar bu sexlərdən gedir.

Xezer.org xəbər verir ki, bir müddət əvvəl məcburi köçkün Teyyub Eminov bu rayonun icra hakimiyyəti başçısının müavini Rövşən Əhmədovun qanunsuz hərəkətləri ilə bağlı mətbuat konfransı keçirmişdi.

Sitat: “Mülkiyyətimdə olan kiçik mağazamı yenidən tikmək üçün icra hakimiyyətinin müavini Rövşən Əhmədov məndən 4 min manat rüşvət tələb etdi”.

Sahibkar həmçinin icra hakimiyyəti başçısının müavini barədə maraqlı sənəd nümayiş etdirib. Sənəd hərbi komissarlığa təqdim edilib.
Sənəddə yazılıb ki, R.Əhmədov psixi çatışmazlığı olduğuna görə hərbi xidmətə yararlı deyil.

“Psixi çatışmazlığı səbəbindən əsgəri xidmətə yararlı olmayan bir insan hazırda icra hakimiyyəti başçısının müavini vəzifəsini yerinə yetirir
Ağcabədidən sahibkar Etibar Quliyev də bakupress.az-a demişdi ki, Rövşən Əhmədov Ağcabədini boğaza yığıb:

“Mən ətraf əraziləri abadlaşırdım, park saldım, 20 min xərcim çıxdı. Ancaq prezident rayona gələndə Şahin Məmmədovun gördüyü iş kimi təqdim edildi.

İndisə öz torpağımda, sənədlə sahib olduğum ərazidə istirahət mərkəzi tikməyə hazırlaşıram.

Ancaq məndən Rövşən Əhmədov 15 min dollar tələb edir. Biz sahibkarlara şərait yaradılmalıdır, iş görürük, iş yeri açırıq, işsizliyi aradan qaldırırıq.

Bunlar imkan vermir. Niyə zəhmətimlə qazanıb əldə etdiyim torpağımda, öz doğma rayonumda öz pulumla tikinti aparmaq üçün icra başçısına və müavininə rüşvət verməliyəm?”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.