SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Sumqayıt səhiyyəsinin 80-ci illər nostalgiyası – Foto

Sumqayıt səhiyyəsinin 80-ci illər nostalgiyası – Foto

Tarix:

13-04-2020, 12:01

/ 2 445 dəfə oxundu.
Sumqayıt səhiyyəsinin 80-ci illər nostalgiyası – Foto

Səhiyyənin Sumqayıt modeli...
Azərbaycan həyata keçirilən islahatlar, beynəlxalq və transmilli layihələri ilə özünün iqtisadi inkişaf tempinə görə, son illərin ən qabaqcıl ölkələri sırasında durmaqdadır. Müstəqilliyini təzəcə qazanmış və müharibədən yeni çıxmış bir dövlətin qısa müddət ərzində əldə etdiyi nəaliyyətləri və uğurları danılmaz bir faktdır.

PİA.az xəbər verir ki, NOCOMMENT ölkənin son illər ərzində əldə etdiyi nəaliyyətlər və inkişaf fonunda ayrı-ayrı sahələrdə müşahidə etdikləri uğurlarla yanaşı nöqsanları da oxuculara, o cümlədən ölkə başçısına çatdırır. Zaman durmadan gedir, yeni sivilizasiyalar, nəaliyyətlər və inkişaf templəri yaşanır. Dünyanın trendləri sürətlə dəyişir və yeni texnologiyalar köhnələri əvəzləyərək təmsil etdiyi sahibini önə çəkir.

Favorit ölkə olmasaq da…

Bu o demək deyil ki, nöqsan və çatışmazlıqlar yoxdur, bütün sahələrdə işlər yekunlaşaraq tamamlanıb, dünyanın favorit ölkəsiyik. Lakin, ildən ilə bütün sahələrdə inkişaf, tərəqqi və yaşananlarda fərq göz qabağındadır. Bunları dəyərləndirmək üçün isə, çox da keçmişə deyil, 1990-2000-ci illərə nəzər salmaq yetərlidir. Bir qədər ədalətli və obyektiv yanaşsaq Azərbaycanı dünyanın ən stabil və sabit ölkəsindən biri, bəlkə də öncüllərindən biri olduğunu etiraf edə bilərik.

Sosial siyasət və sorumlular

Bütün bunların fonunda ölkəmizdə də bütün sahələrdə nəzərəçarpacaq dərəcədə nəaliyyətlər əldə edilməkdədir. Dövlət öz üzərinə düşənləri edərək bütün sahələrə, o cümlədən sosial, təhsil, iqtisadiyyat, hərbi və səhiyyəyə də yerli və büynəlxalq investisiyalar cəlb edərək həmin sahələrin inkişafına dəstəyini göstərir.

Müharibədən çıxmış bir dövlətin torpaqlaının 20%-dən artıq bir hissəsi işğalda, 1 mln. nəfərdən çox qaçqın və məcburu köçkünlərin sosial problemləri, eyni zamanda 15 minə yaxın Qarabağ əlilləri, 12 mindən çox şəhid ailələri və Qarabağ qaziləri olan əhalinin sosial həssas qrupuna aid təbəqəsi daim Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqətindədir.

Bununla bağlı dövlətin sosial siyasətini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Məcburi Köçkünlərin İnkişaf Fondunun fəaliyyəti də daim ölkə başçısının diqqət mərkəzindədir.

Səhiyyə sistemi və milyonlar

Qeyd olunan sahələrlə yanaşı Səhiyyə Nazirliyi və onun strukturlarının inkişafı ilə bağlı layihələr həyata keçirilir, bu sahədə dünyanın inkişaf etmiş ölkələrinin modelləri tətbiq edilir, yeni infrastruktur yaradılır, yeni müasir tibb müəssisələri açılır və bu istiqamətdə milyonlarla vəsait capital qoyuluşu həyata keçirilir.

Təkcə, 2019-cu ildə ölkə səhiyyəsinin inkişafına dövlət büdcəsindən ayrılan vəsait 1042,5 mln. manat, o cümlədən əhalinin sağlamlığı ilə əlaqədar həyata keçirilən dövlət proqramlarına isə 152 mln. manat təşkil edib. Bu da 2018-ci illə müqayisədə müvafiq olaraq 41% və 6,2% artıqdır. Hesabat ilində ölkədə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunub yeni tibb mərkəzləri yaradılıb. Ümumilikdə ötən il 60 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb ki, bunlardan 5-i Bakı şəhərində, 55-i isə regionlarda yerləşən səhiyyə müəssisəsidir.

Səhiyyənin Sumqayıt modeli

Bu gün Sumqayıt səhiyyəsində də tibb müəssisələrinin yenidənqurulması və əsaslı təmir işlərinin aparılması, maddi texniki bazasının inkişaf etdirilməsi inkar olunmazdır.

Lakin, Sumqayıtın 13 mikrorayon ərazisində yerləşən “Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası” baxımsızlıqdan əziyyət çəkən bir tibb müəssisəsini xatırladır. İl 2020-ci il olsa da, Təcili Tibbi Yardım Stansiyasının parkında və xidmətində dayanan 80-ci illərin “Volqa” markalı təcili tibbi yardım avtomobilləri bu günün inkişaf edən Azərbaycanı ilə heç cür ayaqlaşmır və hətta deyərdim ki, bu bir göz dağıdır.

Missiyamız gördüklərimizi olduğu kimi çatdırmaq, olduğundan başqa əlavə heç bir şərh verməməkdir. (KONKRET.az)
Sumqayıt səhiyyəsinin 80-ci illər nostalgiyası – Foto

Şərhlər

XƏBƏR LENTİ