SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kəlbəcər təhsilində nələr baş verir?

Kəlbəcər təhsilində nələr baş verir?

Tarix:

28-03-2020, 20:09

/ 3 232 dəfə oxundu.
Kəlbəcər təhsilində nələr baş verir?

Demək,Bu ilin 17-18 fevral tarixlərində Təhsil Nazirliyinin Monitorinq qrupu Kəlbəcər rayon 2 saylı məktəbində monitorinq aparmaq qərarına gəlmişdir.Nazirlik əməkdaşları monitorinq zamanı həm qəribə hadisə ilə,həm də təhsil qanunvericiliyə zidd bir faktla qarşılaşıblar.

Beləki,Monitorinq qrupu dərs vaxtı tezdən təxminən saat 11:00 radələrində Kəlbəcər rayon 2 saylı olublar.Məlum olmuşdur ki,məktəb kollektivi yerli-dibli məktəbdə yoxdurlar.

“Bəs bu kollektiv məktəbi yiyəsi qoyub hara gediblər?”-deyə Monitorinq qrupu araşdırma aparmışlar.Məlum olmuşdur ki,Kəlbəcər rayon 2 saylı məktəbin direktoru Azad Əsgərovun həyat yoldaşının bibisi rəhmətə gedib.Və bütün məktəb kollektivi hüzr məclisinə gediblər.Maraqlı burasındadır ki,hüzr məclisində bütün kollektivin iştirak etməsi göstərişini Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Fazil Zeynalov vermişdir.Sual meydana çıxır ki,Fazil müəllim niyə bu qanunsuz göstərişi verib? Turantv.az saytının Qərb bölgəsi üzrə müxbiri Aysel Babayeva bu sualın cavabını axtarıb tapmağa cəhd etmişdir.

Etibarlı mənbədən verilən məlumata görə həmin gun rəhmət gedə qadin Azərdəmiryol Qapalı ASC-nin sədri,Milli Məclisin üzvü Cavid Qurbanovun yaxin qohumu imiş.Məhz buna görə Kəlbəcər RTŞ-nın kəmsavad və təhsil qanunundan bixəbər müdiri Fazil Zeynalov,yəqin ki,Cavid Qurbanovun gözünə girmək üçün bu qanuna zidd addımı gözə almışdır.

Təhsil Nazirli Monitorinq qrupu araşdırmadan sonra təhsil ocağında baş vermiş bu qanunsuz faktına hüquqi qiymət vermişdir.Beləki,Kəlbəcər RTŞ-nın müdir Fazil Zeynalova töhmət,2 saylı məktəbin direktoru Azad Əsgərova isə şiddətli töhmət vermişdir.Töhmətin surətini sizə təqdim edirik.

Bəs Fazil Zeynalov kimdir? Kəlbəcər rayon təhsil şöbəsində baş məsləhətçi işləyən Fazil Zeynalov Təhsil nazirinin müvafiq əmrinə əsasən 05.09.2019-cu il tarixdən Kəlbəcər Rayon təhsil şöbəsində müdir təyin olunub.Rayon təhsilində “attestat alverçisi”və rüşvətxor bir məmur kimi ad çıxaran,təhsilin müasir tələblərinə cavab verməyən,ömründə bircə gün də sinif auditoriyasına ayaq basmayan bir şəxsdir.Rişxəndlə qeyd etsək,Kəlbəcər təhsil sistemində “Distant təhsil”in əsasını Fazil müəllim qoymuşdur.Necə?Məlumat üçün qeyd edək ki,Fazil müəllimin həyat yoldaşı Mehparə Zeynalova Bərdə rayonun ən ucqar dağ kəndində yerləşən Kəlbəcər rayon 101 saylı məktəbin direktorudur.Fazil müəllimgil isə ailəlikcə Gəncə şəhərində yaşayırlar.Mehparə xanım məktəb direktor işlədiyi vaxtdan etibarən o məktəbə ayaq basmamışdır desək,bəlkə də inanmayacaqsiz.Bu fiziki cəhətdən mümkün deyil.Çunki,Gəncə şəhəri ilə Bərdə rayonu arasındakı məsafə biz düşündüyümüz kimi çox da az deyil.Xeyli məsafə var.Bu qədər yolu hər gün qət edib məktəbə getmək Mehparə xanım üçün çox da asan deyil.Amma Mehparə xanım bunun çarəsini tapıb.Aldiğimiz məlumata görə Mehparə xanım məktəbi telefonla idarə edir.Nə qədər gülməli olsa da,Direktor müasir texnologiyanın verdiyi imkanlarından istifadə edərək bir addım da irəli gedib”Whatsapp” sosial şəbəkəsi vasitəsilə idarə edir.Bu idarəetmə nə qədər doğrudur deyə bilmərik.Ancaq onu qeyd edə bilərik ki,Mehparə xanım öz həyat yoldaşı-Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Fazil Zeynalovun vəzifədə olmağından sui-istifadə edərək bu qeyri-qanuni idarəetmə taktikasını seçmişdir.

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.

Ramil Sadıqlı

Turantv.az
Kəlbəcər təhsilində nələr baş verir?

Şərhlər

XƏBƏR LENTİ