XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin qaranlıq işlərindən Nazir xəbərdardırmı?-Video/Foto

Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin qaranlıq işlərindən Nazir xəbərdardırmı?-Video/Foto

Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin qaranlıq işlərindən Nazir xəbərdardırmı?-Video/Foto
13-03-2020, 12:23

Atalardan gözəl bir misal var “Utanmasan oynamağa nə var ki,” bu misalı bir çox dövlət qurumlarına şamil etmək olar. O qurumlar ki,səlahiyyətlərindən sui-istifadə edərək, bir çox qanunsuz işlərə imza atırlar. Məhz həmin qrumlardan biri də Ekalogiya və Təbii Sərvətlər Nazirliyidir. Bəli,düz eşitdiniz bu qurum demək olar ki,şəxsi maraqları naminə dövlət qanunlarını açıq şəkildə pozmaqdan bir an belə çəkinmir.

Təbii ki, izləyicilərimiz yaxşı bilir ki,biz bu qurumun saxta işləri barədə,çoxlu sayda video görüntüləri içtimaiyyətə təqdim etmişik. Təəssüflər olsun ki,təqdim etdiyimiz qanun pozuntusunu əks etdirən video görüntülər baradə, aidiatı qurumlar bu günə qədər hər hansı bir qanuni tədbirlər görməyiblər. Bəs görəsən bunun səbəbi nədir?

Məlumdur ki,son günlər ölkədə baş verən yüksək ranqlı məmurların həbsləri bir daha onu deməyə əsas verir ki,ölkə başçısının etimadından sui istifadə edərək,öz şəxsi maraqlarına xidmət edən daha çox məmurlar var imış. O zaman belə qənaətə gəlmək olur ki,hansısa yüksək çinli məmurun həbs olunma xəbəri heç də uzaqda deyil. Bizim ehtimallarımıza görə, növbəti həyəcanlı xəbərlər məhz Ekalogiya və Təbii Sərvətlər Nazirliyindən çıxacaq. Yox-yox əsla başqa cür düşünməyin,bu cür ehtimal etmək, elə də çətin bir iş deyil. Sadəcə sizlərə təqdim etdiyimiz video görüntülərə baxsanız,o zaman sizin də bu cür düşünəcəyinizə zərrə qədər şübhə qalmayacaq.

Nəzərinizə çatdıraq ki,bu yaxınlarda bir qurup jurnalistlər,çox sayda hündür,yoğun və çox yaşlı ağacların qanunsuz olaraq məşhur iş adamı tərəfindən zəbt olunduğunu müəyyən ediblər. Sözü gedən məkan isə,Yasamal rayonu Tibilisi prospektində "İST" petrol yanacaq doldurma məntəqəsinə birləşik bir ərazidir. Həmin ərazidə 16 ədəd hündür,yoğun və çox yaşlı ağacları yüngül kastruksiya ilə əhatəyə alaraq, "İST FOOD" adlı kafe inşa etmişlər. Əlbətdəki düşünürük ki,bu iş heç də yüngül məbləğdə başa gələn işə bənzəmir. Hərçənd ki,hündürlüyü təxminən 6 metrə qədər olan bir ağacın,4-5 metrliyinə qədər olan budaqların kəsib, doğrayaraq başında yalnız görüntü olsun deyə qısa bir budağını saxlayıblar.

Hörmətli izləyicilər..!!

İndi diqqətinizə çatdıracağımız məlumat hər kəsi təəccübləndirəcək. Belə ki,baş vermiş hadisə ilə bağlı Ekalogiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilmişdir. Məsələ ilə bağlı əraziyə baxış keçirildi. Baxış zamanı hadisə yerində olan "DogruXeber.az" informasiya agentliyinin baş redaktoru Kamal Əsgərov və 11 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin məsul işçiləri Elman və digər nümayəndələri iştirak etmişdirlər.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə hadisə yerinə gələn nazirliyin əməkdaşları,əvvəllər sözü gedən qanunsuz inşa olunmuş kafenin sahibindən kifayət qədər rüşvət aldıqları deyilir. Məhz elə bu səbəbdəndir ki,qanunsuz inşa olunmuş "kafe"nin sahibinin xeyrinə qondarma akt tərtib edərək bu cür qanunsuzluğu ört-basdır etməyə çalışıblar. Amma necə deyərlər "görünən dağa nə bələdçi"

Hələ bu azmış kimi,apardıqları qondarma yoxlamanın nəticəsini, Azerinfo saytının ünvanına göndəriblər ki, "Araşdırma apardıq. Hər hansı bir ağacların kəsilmə və qruma faktını qeydə almadıq” deyə bu cür saxta cavab ünvanlıyıblar. Təbii ki, 11 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin rəisi Əlişah Rəcəbovun verdiyi cavab, yalnız öz qurumlarının marağına dair bir cavabdır. Bəs görəsən Ekalogiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayev, bu cür qanusuz işə nə üçün göz yumur?

Ölkədə baş verən məmur həbslərindən nə üçün bir nəticə çıxarmırlar?

Bizi düşündürən bu cür suallara cavab almaq üçün “DogruXeber.az” informasiya agentliyinin baş redaktoru K.Əsgərov, redaksiyanın adından Ekalogiya və Təbii Sərvətlər Naziri cənab M.Babayevin email adresinə və eyni zamanda nazirliyin saytının üzərində olan email adresinə müraciət ünvanlamışdır. Təəssüflər olsun ki,müraciət olunduğu müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, hələ də bir cavab ala bilməmişik. Bu yerdə yaxşı demiş atalar “aşığın sözü qurtaranda dalay-dalay deyər” hesab edirik ki,suallarımıza cavab tapa bilmədikləri üçün susmağa üstünlük verirlər.

Amma hələ bu son deyil,Oğuz meşələrini talan edən, Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov,Qəbələ Meşə Təsərrüfatı Mərkəzinin drektoru İlqar Qəribov,Şabran Regional Meşə Təsərrüfatını Mərkəzinin direktoru Bəybala Allahyarov,6 saylı Ekalogiyanın müdiri Ziya Cəbrayılov və Eyvaz Əliyevin barəsində geniş məlumatları diqqətinizə çatdıracağıq.



[media=http:/www.youtube.com/watch?v=m8NOCVhWtyA&feature=emb_title]
Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin qaranlıq işlərindən Nazir xəbərdardırmı?-Video/Foto

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.