SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şamaxının İcra Başçısı Tahir Məmmədov Prezidentin tapşırıqlarını kobud şəkildə pozur

Şamaxının İcra Başçısı Tahir Məmmədov Prezidentin tapşırıqlarını kobud şəkildə pozur

Tarix:

3-03-2020, 13:47

/ 2 107 dəfə oxundu.
Şamaxının İcra Başçısı Tahir Məmmədov Prezidentin tapşırıqlarını kobud şəkildə pozur

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Sürəti: Azərbaycan Respublikasının Birinci​ vitse-prezidenti xanım Mehriban Əliyevaya

Sürəti: Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev

Roma imperatoru xalqı mövcud narazılıqlardan çəkindirmək, romalıların düşdüyü acınacaqlı durumundan yayındırmaq üçün romalıların pulsuz çörək paylayır və ödənişsiz qladiator döyüşlərinə baxmaq hüququ verirdi. “Çörək və tamaşa” adlandırılan bu siyasət bir növ gözdən pərdə asmaq idi…

Şamaxının İcra Başçısı Tahir Məmmədov nəinki pulsuz çörək paylamaq, hətta onsuz da narahat keçid dövründə camaatın cibinə görməklə yanaşı, heç mövcud imkanlardan istifadə edib gəldiyi gündən bir dənə də olsun iş yeri açmayib… Əksinə, iş yerlərini öz yaxınları və qohumları üçün açıq elan edib. Mətbuatımızda dəfələrlə gedən məlumatlarda da göründüyü kimi, Şamaxıda “Boz kardinal” adı ilə tanınar, İcra Hakimiyyətininin çirkli işləri ilə məşğul olmaq üçün Yaqub Yaqubov adlı Bakıdan gətirdiyi adam ikinci hakimiyyət yaradıb desək, bəlkədə yanılmarıq. Amma onun olması Tahir müəllimə lazmdır kimi, bu gündə postundadı, işini lazımınca yerinə yetirir, heç kimlə hesablaşmayaraq…

Cənab Prezident, Siz dəfələrlə öz çıxışlarınızda qeyd etmisiniz ki, İcra başçıları ilk növbədə, vəziyyəti düzgün qiymətləndirməli, ciddi təhlil aparmalı, çatışmayan cəhətləri üzə çıxarmalı və mövcud olan problemlərin həlli üçün səylərini əsirgəməməlidir.

Cənab Prezident Sizin dövlət qayğısı ilə əhatə olunan işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb olunaraq aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əmək haqları kartları bizim rayonda da aidiyyatı üzrə çatmır. Beləki, Tahir müəllim bu kartları rayonda olan həqiqətləri yazaraq Sizlərə çatdıra biləcək adamlara faktları yazmaması üçün, öz şəxsi mülkiyyəti kimi paylamışdır. Cəmiyyətin «demaqoq» deyə haqq qazandırdığı adamları bu cür susdurmağa kim haqq verir​ ???​ O insanlarda təbii ki, qazanc axtarır, amma onların yazdıqları həqiqətdir, Zəlzələdən zərərçəkmiş evlərin bərpası üçün Prezidentin ehtiyyat fondundan ayrılan pulları niya​ dağıdır, «şirinlik» alaraq Salamat evləri siyahıya salıb sökərək yenisini tikirlər, Bələdiyyə seçkilərində misli olmayan özbaşnalıqları edirlər???

Bəzi faktları diqqətinizə çatdırmağı özümüzə borc bilirik...

Son Bələdiyyə seçkilərində Tahir Məmmədov və onun “Boz kardinal” adı ilə rayonda məhşur olan Yaqub Yaqubov tarixdə görsınməyən təxribatlarını törətdilər. Beləki, “Boz kardinal”ın hazırladığı siyahıya uyğun olaraq təcrübəsiz, səriştəsiz, bacarıqsız, lakin müəyyən pul müqabilində hazırladığı siyahılar əsasında xalqın istəyi və iradəsinə zidd olaraq bütün rayon üzrə adamlar seçilərək, layiq olmadığı yerlərə təyin olundular.

Şamaxı aqrar rayon olaraq, hələ Ulu Öndər Heydər Əliyevin dövrünnən, onun birbaşa səyi nəticəsində üzümçülüklə bütün Sovetlər Birliyində məhşur idi. Cənab Prezidentin qayğısı və tapşırığı ilə bu gündə yeni üzümlüklər salınmaqdadır.

Şamaxı kimi aqrar rayona təyin olunmuş səriştəsiz adamların sayəsində Cənab Prezidentin birbaşa tapşırığı nəinki icra olunmur, hətta kobud surətdə pozulur, sabotaj edilir.

Belə ki, keçirilən son Bələdiyyə seçkilərində rayonun sayılıb seçilən, işlərini bilən peşəkar adamlar ya seçkiyə buraxılmadı, yaxud da müxtəlif yollarla Tahir Məmmədov və onun “Boz kardinal”ının təziqləri nəticəsində sədr seçilməyə imkan verilmədi.

Bir neçə faktı diqqətinizə çatdırırıq...

Birinci Çaylı kəndinin ağsaqqalı, vətənpərvər oğulu Əzizbaba Fətullayev neçə il idi kəndin bələdiyyə sədri idi. Insafına danışanda kəndin su, qaz, işiq problemini həll etmişdi, kəndin məhəllə arası yollarını çəkdirmişdi. Kənddə böyük nüfuz və söz sahibi idi. “Boz kardinal”ın siyahısında olmadığı üçün seçkiyə buraxmırdılar, lakin bitərəf kimi seçkiyə qarışan Əzizbaba müəllim kənd sakinlərinin böyük etirazına tab gətirməyərək seçilməsinə əngəl ola bilməısədə, onun sədr olmasına Tahir müəllim imkan vermədi. Əzizbaba Fətullayevin əvəzinə qeyri-peşəkar adam seçdirdi…

Mədrəsə qəsəbəsinin Bələdiyyə sədri Asim Bayramovda qəsəbədə böyük nüfuza malik adamdır. Dəfələrlə rayon və Respublika tədbirlərində çıxış edib, Qəsəbə Bələdiyyə Assosiasiyasının 3 üzvündən biri seçilib. Kənddə sahibkarların üzüm sahələrinin salınmasına yaxından kömək edib, onun səyləri nəticəsində 1200 ha. artıq üzüm bağları salınıb. Lakin Asim Bayramovuda Tahir müəllim sədr olmağa imkan vermədi… Asim Bayramovun əvəzinə qəsəbədən İcra nümayəndəsinin qızını seçdirdi…

Şəhriyar qəsəbəsi rayonun ən strateji yeridir. Qəsəbədə ADPU-nun filialı, FHN-nin hərbi hissəsi və s. yerləşir. Qəsəbənin qurucularınnan olan Musayev Musa digər kolleqaları kimi Tahir Məmmədov və onun “Boz kardinal”ının təxribatına məruz qaldı. Musa müəllim qəsəbədə 2500 ha. üzüm bağlarının salınması üçün sahibakı qəsəbəyə cəlb etmiş, ixtisasca şərabçı texnoloqdur. Onun rayonda peşəkar işçi olmasını hamı bilir. O, dəfələrlə Qəsəbə Bələdiyyə Assosiasiyasının​idarə heyətinin üzvü, Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş İdarəsinin eksperti və s. işlərdə işi ilə özünü sübut etmişdir. Qəsəbə rayonda bəlkədə yeganə təsərrüfatdır ki, 3 tərəfdən içməli su ilə təmin olunub, qaz, işiq problemləri həll olunub. Qəsəbədə belə bir nüfuza malik adamın neytrallaşdırılması üçün Tahir müəllim daha «proqressiv» addım ataraq, “Boz kardinal”ın diktəsi ilə illər öncə işində ciddi nöqsanlar olduğuna görə dövlət qulluğundan maddə ilə uzaqlaşdırılan – İxtiyar Xəlilovu seçkiqabağı qəsəbəyə icra nümayəndəsi təyin etdi. Bu cür işlərdə «peşəkalrlığı» ilə seçilən İxtiyar «ümidləri doğrultdu» və Musa müəllimin seçilməsinə əngəl yaratdı. Onun əvəzinə vaxtilə hərbi xidmətdən yayınmaq üçün «şizofreniya» müalicə olunan Sabir Mikayılovu Tahir Məmmədov seçdirdi. Bu cür xəstəliyi olan adama dövlət heç avtomobili idarə etməyi​ həvalə etmədiyi halda, Tahir müəllim qəsəbəni idarə etməyi «tapşırdı»…)))

Qızmeydan kəndinin formalaşmasında müstəsna rolu olan İrşad Zərbalıyevin mübarizəsinə baxmayaraq, illərlə qurub yaratdığı, malokanlarında kompakt yaşadığı kənddə sədr seçilməməsi üçün “Boz kardinal”ın birbaşa müdaxiləsi nəticəsində vəzifəsindən kənarlaşdırıldı. Onun əvəzinə təcrübəsi və təhsili olmayan kənd uşağını seçdirdi.

Cənab Prezident, yaxın günlərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısının DTX tərəfindən saxlanılması və rayonda aparılan dindirilmə prosesi ilə bağlı xoşagəlməz, sui-istifadə​ faktlarının üzə çıxması bizi də məyus etdi. Şamaxıda da Tahir Məmmədovun səlahiyyətlərindən sui istifadə edərək Sizin etimadınıza laqeyid yanaşmasına, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə son qoyulmasına bütün Şamaxılılar adından xahiş edirik.

Davamı var…

Şərhlər

XƏBƏR LENTİ