SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabaddan şok: “Malik Həsənov yox, Qənirə Paşayeva deputatımız olsun”

Cəlilabaddan şok: “Malik Həsənov yox, Qənirə Paşayeva deputatımız olsun”

Tarix:

6-02-2020, 14:21

/ 1 693 dəfə oxundu.
Cəlilabaddan şok: “Malik Həsənov yox, Qənirə Paşayeva deputatımız olsun”

Qənirə Paşayevanın bizim deputatmız olmasını istəyirik...
“Biz Qənirə Paşayevanın 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputat olmasını istəyirik. Çünki buradan deputat olan şəxsi 5 ildə bir dəfə görürük, dərd-sərimizə çarə olmur” – Reportyor.info-ya müraciət edən cəlilabadlılar belə deyirlər.

Onların sözlərindən belə aydın olur ki, deputatlığa namizəd Malik Həsənov seçki dövründə kəndlərdə peyda olsa da, sonradan onu tapmaq, canlı ünsiyyətdə olmaq müşkülə çevrilir.

“Qapılarına gedirik, deyirlər ki, onun işi-gücü var, adam qəbul etməyə vaxtı, vədəsi yoxdur. Bir-iki dəfə gedib gəlirsən, baxırsan ki, icradan zəng gəldi ki, bəs Malik müəllimi narahat eləməyin. Ona görə də biz Qənirə Paşayevanın bizim deputatmız olmasını istəyirik. Deputat belə olar də.

Nə vaxt baxırsan hərəkətdədir, vətəndaşın yanındadır. Bu gün bizim Maşliq, Tahirli kəndlərində, eləcə də Cəlilabad şəhərində icra nümayəndələri, bələdiyyə sədrləri əsir-yesirdilər, Malik Həsənovun yanında buralarda gəzir, 3-5 dənə foto çəkib yayırlar ki, bəs camaatla görüşdük.
Evlərə bələdiyyələr vasitəsi ilə ət paylayırlar. Bizə ət lazım deyil, bizə dərdimizə şərik olan deputat lazımdır. Ət ildə 5 ildə 1 dəfə olur, qalan vaxtlarda nə edək?”- deyə Cəlilabad sakinləri bildirir.

Onların sözlərinə görə Malik Həsənovun əleyhinə danışanların başına müsibətlər gəlir deyə adlarını açıqlamaq istəmirlər: “Burada gəlib sorğu aparsınlar, görəcəklər ki, camaatın əksəriyyəti Qənirə Paşayevanın Cəlilabaddan deputat olmasını istəyirlər”.

Şərhlər

XƏBƏR LENTİ