SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Milli Məclisə inam seçicilərə ruh yüksəkliyi gətirəcək namizəd: Cəfər Paşayev!

Milli Məclisə inam seçicilərə ruh yüksəkliyi gətirəcək namizəd: Cəfər Paşayev!

Tarix:

6-02-2020, 14:19

/ 1 873 dəfə oxundu.
Milli Məclisə inam seçicilərə ruh yüksəkliyi gətirəcək namizəd: Cəfər Paşayev!

9 fevral 2020-ci ildə Azərbaycanda ölkənin Milli Məclisinə növbədənkənar seçki keçiriləcək.

108 saylı Ağstafa seçki dairəsindən diqqətimizi Yeni Azərbaycan Partiyasının üzvü, müstəqil şəkildə namizədliyini irəli sürmüş Cəfər Telman oğlu Paşayev çəkdi.

Paşayev Cəfər Telman oğlu 17 dekabr 1985-ci ildə Ağstafa şəhərində anadan olub. 1991-ci ildə Ağstafa şəhər 1 saylı orta məktəbəbinə qədəm qoyub. 2002-ci ildə həmin məktəbi bitirərək Bakı Dövlət Yeyinti Sənayesi kollecinə daxil olub və həmin kollecin “gömrük ekspertizası” fakültəsini bitirib.
Hal-hazırda özəl sektorda turizm sahəsində çalışır. İş fəaliyyəti dövründə Azərbaycana müxtəlif ölkələrdən turistlərin və xarici investorların cəlb edilməsi və turizmlə bağlı müxtəlif infrastrukturların inkişafında əməyi var. Bu sahədəki fəaliyyəti nəticəsində yüzlərlə insanın işlə təmin olunmasına şərait yaratmış, köməksizlərə , xəstələrə və ehtiyacı olanlara yardım göstərmişdir.

Növbədənkənar parlament seçkilərinə dəyərli ağstafalımız Cəfər Paşayevin namizəd kimi qatılması əslində sadəcə Ağstafa əhalisi üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün çox böyük fürsət sayıla bilər. Çünki Cəfər Paşayev kimi xeyirxah və vətənsevər bir şəxsiyyətin parlamentdə təmsilçiliyi bütün xalqın arzu və istəklərinin, qayğı və problemlərinin Milli Məclisə daşınması, bu platformada həlli deməkdir. Mərdlik və ləyaqətin etalonu olan bu insanların həyat və mübarizə yolu o qədər şərəfli və qürurverici olur ki, ictimaiyyətin onlara mənfi, yaxud tənqidi aspektdən yanaşması üçün heç bir istinad nöqtəsi qalmır.

Odur ki, Cəfər Paşayevin Milli Məclisdə təmsilçiliyi həm xalq, həm parlament, həm də milli dövlətçilik maraqları baxımından olduqca zəruridir. Ümid edirəm ki, Ağstafa seçiciləri bu fürsəti lazımınca dəyərləndirəcək və 9 fevralda namizədimizə səs verməklə öz talelərinin əsl sahibi olmaq hüququnu əldə edəcəklər.
Milli Məclisə inam seçicilərə ruh yüksəkliyi gətirəcək namizəd: Cəfər Paşayev!

Şərhlər

XƏBƏR LENTİ