"Uşaqlarımızın başına nəsə gələcəyindən qorxuruq” - Qobustanda valideynlər TƏŞVİŞ İÇİNDƏ
“Riyaziyyat fənnini tədris edən şizofreniya diaqnozlu ruhi xəstə Məlikhəsən İbrahimovun məktəbdə dərs deməsindən narahatıq, onun məktəbdən uzaqlaşdırılmasını istəyirik”. Qobustan rayonu, Nabur kəndinin bir qrup sakini bu barədə “Hürriyyət”ə müraciətində bildirib.
Sakinlər qeyd edib ki, dəfələrlə bu barədə müraciət edilsə də, onu məktəbdən uzaqlaşdırmırlar: “TSEK-in qərarı ilə pedaqoji fəaliyyəti qadağan edilməsinə baxmayaraq, məktəbdə uşaqlara dərs keçən Məlikhəsən İbrahimov hansısa bir azyaşlıya faciə yaşadarsa, bunun məsuliyyəti kimin üzərində qalacaq? Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Qobustan Rayon İcra Hakimiyyəti hara baxır görəsən?”
Sakinlər onu da diqqətə çatdırıb ki, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov xəstə haqqında qeyri-müəyyənlik və yarımçıqlıq ifadə edən bir arayış verib: “Həmin arayışda “şizofreniya” diaqnozlu xəstə haqqında “işləyə bilər” yazılıb. Necə, hansı şəraitdə? Bu haqda heç nə yazılmayıb. Elə TSEK-in 2008-ci il tarixli qərarında da “işləyə bilər” yazılıb. Lakin pedaqoji fəaliyyəti qadağan olunduğu göstərilir”.
Sakinlər səhiyyə naziri Oqtay Şirəliyevə də müraciət ediblər: “Cənab nazir, xahiş edirik, həkim F.İsmayılov xəstə haqqında natamam yox, TSEK-in 2008-ci il tarixli qərarında olduğu kimi, birmənalı şəkildə aydın və ətraflı arayış versin, unutmaq olmaz ki, uşaqlar bizim genofondumuzdur, genefondumuza zərbə vurmaq olmaz”.
Sakinlərin sözlərinə görə, şizofreniya diaqnozlu ruhi xəstə M.İbrahimovun pedaqoji fəaliyyəti qəti şəkildə qadağan olunmasına baxmayaraq, bu əhəmiyyətli məsələyə bu günə qədər nəinki reaksiya verilməyib, əksinə, psixi xəstəni bir müddət tam orta məktəbdə psixoloq vəzifəsinə də təyin ediblər: “Hətta ruhi xəstə dövlət büdcəsindən həm əmək haqqı, həm də TSEK-in qərarı əsasında əmək qabiliyyətsiz hesab olunduğu üçün yüksək məbləğdə pensiya alıb”.
Sakinlər təhsil naziri Ceyhun Bayramova da müraciət ediblər: “Cənab nazir, ruhi xəstə Məlikhəsən İbrahimovun məktəbdə dərs deməsindən çox narahatıq, uşaqlarımızın başına nəsə gələcəyindən qorxuruq. Ona görə, xahiş edirik, onu işdən azad edəsiniz”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək