SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Masallıda vəziyyət dözülməz həddədir - "Bu illərdə rayon rəhbərləri nə işlə məşğul olub?"

Masallıda vəziyyət dözülməz həddədir - "Bu illərdə rayon rəhbərləri nə işlə məşğul olub?"

Tarix:

8-01-2020, 10:48

/ 1 047 dəfə oxundu.
Masallıda vəziyyət dözülməz həddədir - "Bu illərdə rayon rəhbərləri nə işlə məşğul olub?"

"Demokratiya və Milli Dəyərlərin Təbliği” İctimai Birliyinin sədri, əslən Masallıdan olan ziyalı Əli Cəfərov bölgənin problemləri ilə bağlı həyəcan təbili çalıb.

Cebhe.info xəbər verir ki, Əli Cəfərov özəlliklə Muğan bölgəsində yolsuzluq və susuzluq probleminə toxunub:

“Xəzər dənizinin cəmi bir neçə kilometrliyində yerləşən Masallının Qədirli, Dəlləkli, Xallıcallı yolsuzluqdan, Qarğalıq, Eminli, Köçəkli kəndlərinin əhalisi içməli su qıtlığından, təsərrüfat suyunun fasiləli verilməsindən, telefon xəttlərinin və internetin olmamasından, qaz-işıq limitindən və digər sosial-iqtisadi problemlərdən şikayətçidir. 30 ildir müstəqil dövlətik, iqtisadiyyat inkişaf edir, amma təbiətin bizə havayı bəxş etdiyi suyu insanların qapısına çatdıra bilmirik. Rayonun mərkəzindən uzaqlaşan kimi özünü sanki başqa bir məmləkətdə hiss edirsən. Bəzən düşünürəm ki, bu illərdə rayon rəhbərləri, bələdiyyələr, dövlət qurumları və millət vəkilləri nə işlə məşğul olub? Seçkidən seçkiyə yol təmir edirlər və yaxud bağ salırlar. Sanki yarışa giriblər”.

Əli Cəfərov bölgədə yaşayan əhalinin işsizlikdən də əziyyət çəkdiyini bildirib:

“Bolgədə, əsasən də kəndlərimizdə gənclərimiz işsizdir. Enerjili gənc insanlar çörək pulu qazanmaq üçün rayondan didərgin düşüb. Gənclər arasında narkomaniya baş alıb gedir. Seçicinin heç nəyə inamı qalmayıb. Əksər müəllimlər boş vaxtını çayxanalarda keçirir, nərd, domino oynayır. İllərdir bəzi məktəblərdə bir nəfərdə olsun sagird ali məktəbə qəbul ola bilmir. Gəlin, düşünək. Əziz həmyerlilərim, sizcə nədən başlamalıyıq?”.

Şərhlər

XƏBƏR LENTİ