SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısı fermerin torpağını əlindən alır - AĞDAŞDA

İcra başçısı fermerin torpağını əlindən alır - AĞDAŞDA

Tarix:

27-12-2019, 14:26

/ 1 431 dəfə oxundu.
İcra başçısı fermerin torpağını əlindən alır - AĞDAŞDA

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov fermer Mirbala Yolçiyevin torpaq sahəsini əlindən alır.

Pravda.az-ın xəbərinə görə, bu barədə politoloq Fərhad Mehdiyev məlumat verib.

O bildirib ki, Fermer Yolçiyev Mirbala 1992-ci ildə 200 hektar ərazini 40 illik icarəyə götürüb: “Fermer deyir ki, Ağdaşın icra başçısı Tofiq ibrahimov torpağı onun əlindən almaq istəyir, bəzi oğrular da fermerin 100-ə yaxın mal-qarasını qarət ediblər. Adam “102”yə zəng edib, nazirə şikayət yollayıb, lakin Ağdaş rayon polis idarəsinin rəisi deyib ki, "bunu edən xalqdır, biz onlara nəsə edə bilmərik". Necə olur ki, Daxili İşlər Nazirliyinə şikayət olunduğu halda, Ağdaşın icra başçısı hələ də fermeri qanunsuz olaraq təqib etdirməkdən çəkinmir? Şəhərsalma, yaxşıidarəetmə anlayışlarından məhrum olan o məmurlar ölkəmizi viranə qoymaqdan başqa bir şeyə yaramırlar”.

Şərhlər

XƏBƏR LENTİ