İbrahim Cəfərovdan tələbələrə qeyri-adi müraciət
Biz dəfələrlə saytımızda Aqrar Universitet və orda baş verən qanunsuzluqlar barədə məqalələr dərc etmişik. Orada olan nöqsanları düzəltmək əvəzinə rektor özünü bəzi mətbuat orqanlarında təriflətməklə və tələbələrə qeyri-adi tövsiyələr verməklə məşğuldur. Bu yaxınlarda Azərbaycan Aqrar Universitetinin rektoru İbrahim Cəfərov sosial şəbəkə vasitəsi ilə gənclərə çağırış edib. Aktualxeber.az rektorun həmin qeydlərini təqdim edir:
“Bəşəriyyətin xilaskarı olmaq istəyirəm Əziz tələbələr, hörmətli izləyicilər!
Aqillərdən biri demişdir ki, təbiblər insanların, baytar həkimləri bəşəriyyətin xəstəliklərdən xilaskarıdır. Yer kürəsində ən hörmətli ixtisaslardan biri baytar həkimidir, adı xalq dilində danışsaq deyə bilərəm ki, ən azından baytar həkiminin evinə gecə saatlarında təcili yardım həkimi gəlmir, evdəki baytar həkimi ailədəki xəstə insanı gecə böhran vəziyyətindən çıxara bilir. Avropanın müxtəlif ölkələrində baytarlıq ixtisası üzrə təhsil müddəti 6-7 ildir, bizdə də bakalavrların təhsili 5il, plyus iki il magistratura təhsilidir. Bu gün baytarlıq təbabəti və zoomühəndislik fakültəsində 1200 nəfər təhsil alır və bütün tələbələr dövlət sifarişi ilə təhsil alırlar, yəni təhsil haqqını dövlət ödəyir. Qeyd edim ki, güclü maddi texniki bazaya malik fakültəmiz var. Əziz dost Sən də bəşəriyyətin xilaskarı olmaq istəyirsənsə bizə qoşul, aqrar universitetə gəl və baytarlıq ixtisasını seç!”
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
aktualxeber.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...