SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncədə DSMF hansı əsaslarla işləyir? - GİLEY

Gəncədə DSMF hansı əsaslarla işləyir? - GİLEY

Tarix:

16-12-2019, 09:54

/ 919 dəfə oxundu.
Gəncədə DSMF hansı əsaslarla işləyir? - GİLEY

Gəncə sakini Tanırquliyev Tanırqulu ünvanlı sosial yardım ala bilməməsindən şikayətlənir. DİA.AZ-ın məlumatına görə o, ünvanlı sosial yardım almaq üçün VEMTAS sisteminə sənədlərini verib. Bir müddət sonra Gəncə şəhər Nizami rayon Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları yaşadığı ünvana gələrək baxış keçiriblər. T.Tanırqulu bildirir ki, evinə baxış keçirdikdən iki gün sonra ona sosial yardım almaq üçün imtina cavabı gəlib. Məsələ ilə bağlı quruma yenidən müraciət edən zaman ona bildiriblər ki, vətəndaş yaşadığı evin sahibi ilə kirayə müqaviləsi bağlamalıdır:

“Mən onlara bildirdim ki, bu evdə kirayə qalmıram. Ailəmə bu ünvanda müvəqqəti sığınacaq verilib. Sığınacaq kimi yaşanılan bir evdə ev sahibi ilə hansı kirayə müqaviləsindən söhbət gedə bilər ?”

Gəncə sakini bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları onun sözlərinə məhəl qoymayıb. Tanırqulu Tanırquluyev məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şikayət məktubu ünvanlanladığını lakin nazirlikdən ona heç bir cavab verilmədiyini bildirir.

Şərhlər

XƏBƏR LENTİ