SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Hektarlarla torpaq sahəsi, tenderlərin qalibi... – Yardımlının icra başçısından şikayət

Hektarlarla torpaq sahəsi, tenderlərin qalibi... – Yardımlının icra başçısından şikayət

Tarix:

27-11-2019, 14:37

/ 994 dəfə oxundu.
Hektarlarla torpaq sahəsi, tenderlərin qalibi... – Yardımlının icra başçısından şikayət

Yardımlı rayonunda sosial-iqtisadi vəziyyət o qədər pisdir ki, bunu sözlə belə ifadə eləmək olmur. Bu acınaacqlı vəziyyətə baxmayaraq Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovu nə rayonun, nə də sakinlərin problemi maraqlandırmır”.

Bu, Pravda.az-a daxil olan şikayət məktubunda qeyd edilib.

Şikayətdə bildirilir ki, icra başçısı Ayaz Əsgərov özünü Yardımlıda prezidentin nümayəndəsi kimi aparmır: “Bütün bu səlahiyyətləri başçının müavini Mahir Mirzəyev həyata keçirir. Əsas şikayətimiz Yardımlının əksər kəndlərində qazın olmaması, bundan başqa tez-tez elektrik enerjisinin kəsilməsi ilə bağlıdır. Elektrik enerjisinin kəsilməsi isə əsasən elektrik xəttlərinin və dirəklərinin istismardan çıxması və həddən artıq yararsız vəziyyətdə olmasıdır. Qaz olmadığına xüsusən qış aylarında elektrik enerjisinə olan tələbatın artması nəticəsində elektrik xətləri sıradan çıxır və bəzən kəndlər uzun müddət işıqsız qalırlar”.

Qeyd olunub ki, bu problemlə bağlı dəfələrlə icra başçısına və Mahir Mirzəyevə müraciət edilərək elektrik xəttlərinin, həmçinin dirəklərin dəyişdirilməsi xahişi edilsə də, problemlər həll olunmur: “İcra başçı hər bir səyyar görüşdə sakinlərə bu problemin həll olunacağını söz versə də, görüşü tərk edən kimi yardımlıların bu əsas problemini unudur”.

Məktubda rayonda Mahir Mirzəyevin qohumlarının irəli çəkilməsi tənqid edilib: “Yardımlı ilə bağlı “Google” axtarış sistemində araşdırma aparsanız görərsiniz ki, Yardımlının qeyri-rəsmi “sahibi”nin 10-larla yaxın qohumu rayonda vəzifəli şəxsdirlər və onlar rayonun bütün əhəmiyyətli vəzifələrini ələ keçiriblər. Bu insanlar Mahir Mirzəyevin “qüdrətli hakimiyyətindən” sui-istifadə edərək Yardımlı camaatının sonuncu tikəsini belə boğazlarından çıxarırlar. Mirzəyevin rayon müəssisələrinin elan etdiyi tenderləri udmaq üçün tam 42 şirkəti var və Yardımlıda elan olunan heç bir tender bu şirkətlərdən yan keçmir. Mahir Nirzəyev rayonda 100-lərlə hektar torpaq sahəsinə, fermalara, texnikalara sahibdir. O, 20 ildən artıqdır ki, eyni statusla Yardımlını idarə edir. Bu günə qədər 4 başçı dəyişən Mahir Mirzəyev hamısını oyundankənar vəziyyətdə saxlamağı bacarıb və Yardımlıda əsl söz sahibinin özünün olduğunu çətinlik çəkmədən ortaya qoya bilib”.

İttihamlarla bağlı rayon icra hakimiyyəti ilə əlaqə saxlasaq da, zənglərə cavab verən olmayıb. Bütün hallarda, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ