SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xaçmazlılar Prezidentə müraciət edəcəklər - Ziya Məmmədova görə

Xaçmazlılar Prezidentə müraciət edəcəklər - Ziya Məmmədova görə

Tarix:

5-11-2019, 14:39

/ 746 dəfə oxundu.
Xaçmazlılar Prezidentə müraciət edəcəklər - Ziya Məmmədova görə

Hər il yüzlərlə uşağın təhsil aldığı dəmiryolçular klubu…Bu tarixi bina 1925-ci ildə tikilərək Xaçmaz dəmiryolçularının istifadəsinə verilib. Bu tikili dəmiryolçular qədər Xaçmaz sakinləri üçün də doğma və əzizdir. Çünki hər il ali təhsil almağa imkanı çatmayan yüzlərlə gənc burada peşə təhsilinə yiyələnib. Klubda dərzi, tibb və musiqi sənətinin bir neçə növü üzrə kurslar fəaliyyət göstərib. Bu gün Xaçmazla yanaşı bölgənin digər rayonlarında da bu klubda təhsil alıb peşə sahibi olan minlərlə insan var.

Dəmiryolçular klubu təkcə təhsil verməklə kifayətlənməyib. Bu tarixi bina Xaçmazın bir parçası olub. Klubda dövlət tədbirləri və müxtəlif musiqi konsertləri təşkil edilib. Dəmiryolçular qədər xaçmazlılar da bu klubdan faydalı şəkildə yararlanıblar.

2007-ci ilin payızında klubun fəaliyyətinə son qoyulub. Bütün müəllimlər və texniki işçilər heç bir səbəb göstərilmədən işdən azad olunub. 100-ə yaxın gəncin kursları yarımçıq dayandırılıb. Bir müddət sonra isə binanın ətrafı hasarlanıb. Qısa müddət ərzində tarixi tikili sökülməyə başlanılıb. İnsanların çoxsaylı şikayət və narazılıqlarına baxmayaraq, bina sökülüb.

Həmin gün binanın sökülməsi ilə bağlı verilən qərardan sonra klubun direktoru Əkrəm Əliyev infarkt keçirib və bir neçə ildən sonra o, dünyasını dəyişib.

Bir müddətdən sonra sökülən binanın yerində 5 mərtəbəli bir biznes mərkəzi inşa edilməyə başlayıb. Əvvəllər tikilinin keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsuz olduğu deyilsə də, sonradan məlum olub ki, binanı söküb yerində biznes mərkəzi tikdirən məmur Azərbaycan Dəmiryolları QSC-nin nəznində olan dəmir yollarının və texniki qurğuların təmiri və tikinti departamentinin keçmiş rəisi Çingiz Məmmədovdur. Şimal bölgəsində çoxsaylı villaları və mülkləri olan Çingiz Məmmədov bu binanı həyat yoldaşı Yaqut Məmmədovanın adına rəsmiləşdirib.

Daha sonra binanın inşasında yol verilən texniki qüsurlar səbəbindən tikinti işləri FHN tərəfindən dayandırılıb. Uzun fasildən sonra inşaata yenidən start verilib. Amma bu da uzun çəkməyib. Nəqliyyat naziri və Azərbaycan Dəmiryolları QSC-nin sabiq sədri, həmçinin tarixi binaya qənim kəsilən Azərbaycan Dəmiryolları QSC-nin departament rəisi Çingiz Məmmədov tutduqları vəzifələrdən kənarlaşdırılıblar. O zamandan indiyədək yarımçıq bina bütün Xaçmaza göz dağı olaraq qalmaqdadır.

Hər il 100-lərlə gəncə təhsil verən klub indi narkomanların sevimli ünvanına çevrilib.

Bu vaxta qədər yarımçıq tikilidə 2 nəfər intihar edib, 1 nəfərin intihara cəhdinin polis tərəfindən qarşısı alınıb.

Ümüd edirik ki, bina sökülərək yerində yenidən belə bir mədəniyyət ocağı inşa ediləcək. Xaçmaz sakinləri qısa zaman ərzində bu barədə ölkə başçısına müraciət etməyi planlaşdırır.

//konkret.az//

Xaçmazlılar Prezidentə müraciət edəcəklər - Ziya Məmmədova görə


Şərhlər

XƏBƏR LENTİ