SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncədə sürücülük kursunda özbaşınalıq - 88 manat rüşvətdi yoxsa dövlət rüsumu?

Gəncədə sürücülük kursunda özbaşınalıq - 88 manat rüşvətdi yoxsa dövlət rüsumu?

Tarix:

19-02-2019, 16:22

/ 4 473 dəfə oxundu.
Gəncədə sürücülük kursunda özbaşınalıq - 88 manat rüşvətdi yoxsa dövlət rüsumu?

Sürücülük kursları avtomobil idarəetmə qaydalarının tədris olunduğu mərkəzdir. Bu mərkəzlərdə sürücü olmaq istəyənlərə müəyyən ödəniş müqabilində həm praktiki vərdişlər, həm də yol hərəkəti qaydalarının nəzəri əsasları öyrədilir. Tədris mərkəzini bitirənlər müvafiq RQİ və TBŞ-lərində təşkil etdiyi imtahanlara qatılaraq sürücülük vəsiqəsinə yiyələlənə bilirlər.

Son dövrlər avtomobil idarə etməyə maraq göstərənlərin sayı ciddi şəkildə artıb. Əvvəlki illərlə müqayisədə, qadınların da sürücülük vəsiqəsi almaq üçün kurslara müraciət etməsi xəbərlərini tez-tez eşidirik. Bütün bunlar isə sürücülük kursları işlədənlərinin min hoqqadan çıxmasına səbəb olub.

XİA.az-a daxil olan məlumata əsəsən Gəncə şəhərində fəaliyyət göstərən Dövlət Avtomobil Nəqliyyat Xidmətinin tədris-kurs kombinatının Gəncə tədris məntəqəsində özbaşınalıq höküm sürür. Belə ki, əvvəllər bu təşkilat Nəqliyyat Nazirliyinin tabeçiliyində olub və sonradan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyində fəaliyyət göstərir. Maraqlı burasındadır ki, burada müəllim və ya təlimçi ilşəyən Cavid hələ anlamır ki, Nəqliyyat Nazirliyi ləvğ edilib, Ziya Məmmədov isə işdən azad olunub.

2014-2015-ci illərdə həmin məkrəbdə Hərbi komisarlığın hesabına "təhsil" almış vətəndaşa şəhadətnamə vermək üçün Cavid müəllim 88 manat pul tələb edir. Səbəbini isə belə izah edir - Biz nəqliyyat nazirliyinə getməliyik və həmin sənədi nəqliyyat nazirliyindən götürüb gəlməliyik. Nəqliyyat naziri kimdir? - sualıma Ziya Məmmədov deyə qısa cavab verdi. Mən ona izah edlədim ki, Ziya Məmmədov işdən azad edilib, Nəqliyyat nazirliyi ləvğ edilib, artıq Azərbaycanda Nəqliyyat nazirliyi deyə bir qrum yoxdur. Onu başa sala bilmədim ki, bilmədim. Elə dedi ki, bizim nazir Ziya Məmmədovdur vəssalam. Buda bir müəllim.

88 manat tələb etməsi isə qanuna ziddir. Çün ki, bu şəxsin oxuması üçün dövlət hesabına ödəniş edilib. Hərbi hesaba təhsil alan xəstələrin pulunu Müdafiə Hazirliyi ödəyir və onlar heç bir pul ödəmirlər.

Maraqlı məsələ burasındadır ki, buarada təhsil alan xəstələr bir-birlərini tanımır. Onların adları qruplara yazılır və həmin şəxslər vaxt tamam olanda gəlib kursu bitirmələri barədə şəhadətnamə alırlar. Bəs görəsən Kurs rəhbəri bu qədər qanunsuzluğa necə yol verir. Əslində isə buda qanuna uyğun dərslər keçirilməli, təhsil alanlara sürücülük peşəsinin dərinlikləri barədə ətraflı məlumat verilməlidir. Belə desək burada kursu yaxşı qiymətlərlə bitirənlər bir başa sürücülük vəsiqəsi almalıdırlar. Ancaq heçdə belə deyil.

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin tədris-kurs kombinatının Gəncə tədris məntəqəsində təhsil alan şəxs nə müəllimini tanıyır nədə bir qrupda təhsil aldığı şəxsləri. Bu qədər qanunsuzluğa yol verən kurs rəhbəri barədə isə heç kim tədbir görmür. Bəs bu məktəbdə təhsil alan şəxslər hansı avtomobili sürüb sürücülüyü öyrənirləır?

P.S. Ümid edirik ki, Gəncə RQİ və TBŞ-nin rəisi polis polkovniki cənab Vüqar Məmmədyarov bu məktəbdə baş verənləri ciddi nəzarətə götürəcək və bu barədə tədbir görülməsinə tapşırıq verəcək.

Adıgedən məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininədə müraciət etmişik.

Mövzuya qayıdacağıq, qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Xia.az

Şərhlər

XƏBƏR LENTİ