SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sürücülük hüququ ilə bağlı yeni tələblər

Sürücülük hüququ ilə bağlı yeni tələblər

Tarix:

1-02-2019, 17:09

/ 1 697 dəfə oxundu.
Sürücülük hüququ ilə bağlı yeni tələblər

“Avtomobil Nəqliyyatı haqqında” qanuna dəyişiklik edilib.

Qanunun 27-ci maddəsinə edilən dəyişikliyə əsasən, sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair yeni tələblər müəyyən edilib. Dəyişikliyə əsasən, avtobus sərnişin daşımalarını “D” kateqoriyası və “D1” altkateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və “B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), “D1E”altkateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan) və “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olmayanlar idarə edə bilər. Qanunda bir sıra yeniliklərin edilməsi nəzərdə tutulur.

Belə ki, sürücülük vəsiqəsində göstərilməli olan məlumatların siyahısı dəqiqləşdirilir və beynəlxalq standarta uyğun sıralanır. Sürücülük vəsiqəsindəki məlumatların ingilis dilində təkrarlanmalı olduğu qeyd edilir. Çünki hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur. Sürücülük vəsiqələrində yeni altkateqoriyalar müəyyən edilir.

Məsələn, “B1” altkateqoriyası – kvardrisiklləri (dördtəkərli motosikllər) idarə etmək üçün C1, D1, C1E, D1E altkateqoriyaları yaradılır. Sürücülük vəsiqəsində şəxsin fərdi identifikasiya nömrəsinin mütləq qaydada qeyd edilməli olduğu təsbit edilir. Bu nömrənin olmaması inzibati xətalara dair elektron qərarların tərtib edilməsində problemlər yaradır.

Təklif edilən dəyişikliklər “Yol hərəkəti haqqında”qanuna dəyişikliklər edilməsi barədə 2018-ci il 31 may tarixli Qanunun icrası ilə əlaqədardır.

Şərhlər

XƏBƏR LENTİ