SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Şamaxıdan Əlləz adlı şəxs gəlib, Tovuzda evimi zəbt edib” - GİLEY

“Şamaxıdan Əlləz adlı şəxs gəlib, Tovuzda evimi zəbt edib” - GİLEY

Tarix:

19-02-2019, 14:27

/ 860 dəfə oxundu.
“Şamaxıdan Əlləz adlı şəxs gəlib, Tovuzda evimi zəbt edib” - GİLEY

“Bax, bu sənədi veriblər, üstündə də yazıblar ki, Daşınmaz Əmlakın Texniki Pasportudur, yəni mənim mülkiyyət hüququmun dövlət tərəfindən tanınmasını təsdiqləyən sənəddir. Bu sənədi mən vətəndaşa verən Azərbaycan dövlətidir. Amma nə olsun? Şamaxıdan Əlləz adlı şəxs gəlib, Ağstafada 40-a yaxın ailənin 400 hektar torpağını alıb, mənim evimi də zəbt edib, ora fəhlələrini yerləşdirib. Fəhlələrin də pulunu verməyib, onlar da evi Əlləzin mülkü bilib dağıdırlar.

Biri pəncərəsini sındırır, biri damını dağıdır, biri döşəməsini çıxarıb aparır. Şikayət edirəm, yalandan deyir ki, guya mənə pul verib, evi icarəyə alıb” - redaksiyamıza müraciət edən Tovuzun Koxa Nəbi kənd sakini, Qarabağ müharibəsi əlili Nəsib Hüseynov belə deyir. Onun sözlərinə görə, dövlət orqanlarına müraciətləri də nəticə vermir: “Əlləzin zəbt etdiyi, dağıtdıqları evim Tovuzun Ceyrançöl deyilən yerində, Qızıl Ulğum adlanan sahədədir. Konstitusiyanın 13-cü maddəsində yazırlar ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Əla, desinlər görək hansı dövlət tərəfindən qorunur? Əsas məsələ budur! 6 aydır ki, evimi Şamaxıdan olan Əlləz adlı şəxs zəbt eləyib, ora 20-yə yaxın işçisini yerləşdirib. O, rəsmən qoçuluq edir. Mən dövlətimizə, dövlətçiliyimizə, ərazi bütövlüyümüzə əmək sərf etmiş bir insanam. 2-ci qrup müharibə əliliyəm. Sadə kənd adamıyam. Sərhəd bölgəsində yaşayıram. Cənab prezidentin Qarabağ qaziləri, şəhid ailələri və müharibə veteranları haqqında Ağdam rayonunda söylədiyi nitqi mən də dinlədim. İlham Əliyev dedi ki, müharibə veteranlarına çox böyük diqqət göstərilməlidir. Onlar incidilməməlidirlər. Onların hüquqları pozulmamalıdır. Buradan göstəriş verirəm. Onlara qarşı ədalətsizlik qətiyyən qadağandır. Ümumiyyətlə, biz ədalətsizliyə qarşı mübarizə aparırıq. O cümlədən qan tökmüş, vətəni müdafiə etmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlara diqqət göstərilməlidir. Bu, dövlət siyasətidir. Mənim tələbimdir. Hər şey ədalətli olmalıdır. Ədalət pozulanda, onda problemlər yaranır.

İndi mən haqsızlıqla üz-üzə qalmışam və mülküm tam olaraq zəbt olunub. Mən qanundan kənar dövlətimizdən heç nə istəmirəm".

Şikayətçi aidiyyəti dövlət orqanlarından kömək istəyir: “İstəyirəm, bir Azərbaycan vətəndaşı kimi mənə kömək etmək üçün xüsusi göstəriş verilsin”.

N.Hüseynov deyib ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və 1-ci müavini Ramiz Tatarov 40-a yaxın ailənin torpaq icra müqavilələrini qeyri-qanuni ləğv edib: “Bu gün həmin torpaqlar Əlləzin ixtiyarına verilib. 400 hektar torpaqdır. O torpaqlarda ailələr əkib-becərib dolanırdılar. İnsanların ümidlərini qırıblar. O adamlar həmin ərazilərdə əkin-biçin etməsələr, çox ağır, pis günlərə düşəcəklər. Hazırda məhkəmələrə müraciət ediblər, amma süründürməçiliklə üzləşiblər. Əlləz Ağstafanın icra başçısı ilə yaxşı münasibətdədir. Ordan-burdan işçi gətiriblər, onların da pulunu ödəməyiblər. Bu adamlar da Əlləzin heyfini mənim evimdən alıblar. Dövlətdən kömək istəyirəm, mənə deyirlər ki, get məhkəməyə ver. Məhkəmə işə baxana qədər evimi darmadağın edəcəklər. Necə ola bilər ki, evimə giriblər, hüquq-mühafizə orqanları kənardan baxır, tədbir görməsin. Xahiş edirəm, mənim mülkiyyət hüququm bərpa olunsun”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ