SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "İcra hakimiyyəti bizi qarşı-qarşıya qoyub” - QALMAQAL

"İcra hakimiyyəti bizi qarşı-qarşıya qoyub” - QALMAQAL

Tarix:

22-12-2020, 14:28

/ 1 289 dəfə oxundu.
"İcra hakimiyyəti bizi qarşı-qarşıya qoyub” - QALMAQAL

"Dolanışığımız heyvandarlıqdan, əkinçilikdən çıxır. Kəndin otlaq sahəsi də dolanışığımızın bir hissəsi hesab olunur. Ancaq iki nəfər illərdir ki, sahəni zəbt edib, heyvanlarımız kanalların, yolların kənarında otlayır. Kanal, yol kənarı isə otlaq sahəsinin yerini vermir”. DİA.AZ bildirir ki, bunu Sabirabad rayonunun Əliləmbəyli kənd sakinləri deyir. Onların sözlərinə görə, kəndin kənarındakı ucsuz-bucaqsız otlaq sahəsi bir-birinə qohum olan iki nəfərin əlindədir. Nəticədə kəndlilər heyvanlarını harada otarsınlar, bilmirlər.

2001-ci ildə kəndin otlaq sahəsi “Ariz” Kəndli Fermer Təsərrüfatına 15 illiyə icarəyə verilib. 2016-cı ildə icarə müddəti başa çatıb. Ancaq sahibkar təyinatı otlaq sahəsi olan torpaqdan əkin sahəsi kimi istifadəyə etməyə başlayıb. Sakinlərin yerli qurumlara müraciətləri də nəticəsiz qalıb: “Bu iki qohum otlaq sahəsinin bir hissəsində əkin işləri aparıb, bir hissəsində öz heyvanlarını otarır. İcra hakimiyyətindən bizə deyirlər ki, o torpaqlar kəndliyə məxsusdur, aparın, heyvanlarınızı otarın. Heyvanlarımızı aparırıq sahəyə, heyvanlarımızı təpikləyib sahədən çıxarırlar. Dəfələrlə polisə, icra hakimiyyətinə müraciət etmişik. DİN 102 Xidmətinə zəng vururuq, gəlib, izahatlarımızı alıb, gedirlər. Heç bir nəticəsi də olmur. Rayonun icra hakimiyyəti də, bələdiyyəsi də, polisi də, məhkəməsi də 100 hektar otlaq sahəsini zəbt etmiş iki nəfərin əlində aciz qalıb”.

Dekabrın 15-də sakinlər növbəti dəfə Sabirabad Rayon İcra Hakimiyyətində olublar. Onları başçının müavinləri qəbul edib: “Yenə dedilər ki, gedin, heyvanlarınızı salın sahəyə, otarın, ora sizindir. Bilmirik ki, məqsədləri nədir, niyə əncam çəkmirlər. Bu məsələyə hökumət əncam çəkməlidir, vətəndaş yox... Vətəndaşa deyir, apar heyvanını, orda otlasın. Qarşıdurma yarandı, biri vurub o birinə bir xəsarət yetirdi, necə olacaq? Hökumət qurumları hər şeyi vətəndaşların öz ümidinə buraxmamalıdır, vəzifəsinə düşəni etməlidir”.

Otlaq sahəsinin zəbti kənddəki 200 ailənin dolanışıqdan məhrum olmasına gətirib çıxarıb. Heyvanlarını otarmağa yer tapmayan kəndlilər onları bazara çıxararaq dəyər-dəyməzinə satmalı olurlar. Bu isə kənddə heyvandarlıq təsərrüfatının zəifləməsinə səbəb olub. Kəndlilər deyir, 20 gün əvvələdək digər iki yerdə illərdir ki zəbt olunmuş iki otlaq sahəsini zəbt edənin əlindən zorla ala biliblər. Sahələrdən biri 20, digəri 30 hektardır. Ancaq kənddəki 200 ailənin heyvanlarının otarılması üçün bu sahələr azlıq edir. Kəndlilər 100 hektarlıq otlaq sahəsinin zəbt edən şəxsən alınaraq onlara qaytarılmasını tələb edirlər.

Şərhlər

XƏBƏR LENTİ