XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Göyçayda torpağı zəbt edib villa tikən hansı hakimə rüşvət verib?

Göyçayda torpağı zəbt edib villa tikən hansı hakimə rüşvət verib?

Göyçayda torpağı zəbt edib villa tikən hansı hakimə rüşvət verib?
28-06-2017, 10:20

Göyçay rayon Qaraxıdır kənd sakini Zamanova Radə Emin qızının mülkiyyəti qanunsuz zəbt edilib
Onun qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mülkiyyət hüququ, yəni mülkiyyətinin dövlət tərəfindən tanınmasını təsdiq edən çıxarış əldə etsə də,heç bir xeyri yoxdur.
Bu barədə verilən məlumatda qeyd olunub.
R. Zamanovanın qanuni mülkiyyətində olan torpağını qanunsuz olaraq özbaşına zəbt edərək villa ucaltmış Göyçay rayon sakini Ömərov Vüqar Muxtar oğludur.
O, əlində heç bir hüquqi əsası olmadan, saxta bələdiyyə qərarı ilə əlində mülkiyyət hüququnu təsdiq edən çıxarışı olan vətəndaşın çıxarışının ləğv edilməsi barədə Şəki İnzibati İqtisadi Məhkəməsinə müraciət edib.
Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Rüfət Məcidov heç bir araşdırma aparmadan bircə iclasda, 10 dəqiqənin içində Zamanova Radə Emin qızının çıxarışını ləğv edib.
Əsası da bu olur ki, guya məhkəmə araşdırması zamanı məlum olub ki, 2007-ci ilin mart ayının 10-da 06 nömrəli protokol qərarı ilə Göyçay rayonunun Potu Bələdiyyəsi 11 sot torpaq sahəsini Bakı şəhər sakini Məlikova Esmira Bayram qızı adlı şəxsə satıb.
Həmin torpaq sahəsi Zamanova Radə Emin qızının 2008-ci ildə Notariat qaydasında digər şəxlərdən aldığı və 2015-ci ildən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mülkiyyət hüququ əldə etdiyi Göyçay rayonunun Potu kəndi ərazisində yerləşəm 11 sot torpaq sahəsi ilə üst-üstə düşdüyündən Zamanova Radə Emin qızının mülkiyyət hüququ ləğv edilməlidir.
Hüquq müdafiəçisi İlqar Məhərrəmli deyir ki, Vüqar Ömərovla, hakim Rüfət Məcidovun gizli sövdələşməsi olub:
“Bizdə də güclü daxili inam yaranıb ki, “Hunday" markalı 22 BA 222 dövlət nömrə qeydiyyat nişanlı şəxsi minik avtomobilinə hakim Rüfət Məcidov sahib çıxa bilməz. Hamıya gün kimi aydındır ki, bu cür maşın nömrəsi 10.000 manatdan yuxarıdır ki, aşağı deyil. Biz məhkəmə iclasında hakim Rüfət Məcidova “hansı məhkəmə araşdırması apardınız ki, belə qərar çıxardınız” sualını verəndə çıxardığı qərara uyğun cavab eşitdik; “neyliyək, kişi orda o qədər xərc çəkib ev tikib, onu sökdürməyəcəyik ki...”
“Bəs bu tərəf də pul verib torpaq alıb, onun pulunu kim qaytarsın” sualına məni o qədər də təəccübləndirməyən cavab aldım: “Siz də gedin torpağı kimdən almısınız pulunuzu ondan alın”.
Vüqar Ömərova qarşı Göyçay rayon Məhkəməsi 2016-cı ildə iddiaçı Zamanova Radə Emin qızının iddiası təmin edilib.
Dövlət başçısı mülkiyyət hüququ olmadan torpaq sahəsini özbaşına zəbt edənlərə qarşı sərt tədbirlər tətbiq etməsinə baxmayaraq xüsusi mülkiyyətimi özbaşına zəbt etməklə yanaşı zəbt etdiyi torpaqda qanunsuz tikili aparan Ömərov Vüqar Muxtar oğluna haqq qazandıran Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi cənab Rüfət Məcidov dövlətin adından çıxardığı qərarı maddi maraqları üzərində qəbul etməklə dövlətin heç bir qanununa məhəl qoymayıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.