SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə »  Ağdamda sakinlər nədən giley edir? - ETİRAZ

 Ağdamda sakinlər nədən giley edir? - ETİRAZ

Tarix:

6-11-2018, 18:50

/ 1 348 dəfə oxundu.
 Ağdamda sakinlər nədən giley edir? - ETİRAZ

Ağdam rayon Alıbəyli-2 qəsəbəsində içməli su borusu yenidən partlayıb. Nəticədə əhaliyə verilməli olan su küçəyə axır.

Qəsəbə sakinlərinin Yenicag.az-a verdiyi məlumata görə, saytımızda gedən yazıdan dərhal sonra 1 ay əvvəl partlamış boruları gəlib təmir ediblər, ancaq 2 gün keçməmiş borular yenidən partlayıb.

Sakinlərin sözlərinə görə, su borularının təmir edilməsi üçün gələn nümayəndələr qəsəbə sakinlərini mətbuata şikayət etdiyi üçün təhdid də ediblər.

Əldə etdiyimiz məlumata görə, bu dəfə borunun daha böyük hissəsi partlayıb. Nəticədə küçə suyun altında qalıb.

Qəsəbə sakinləri bildiriblər ki, boru ikinci dəfə partladığı üçün çirkab su problemi də yenidən gündəmə gəlib. Belə ki, partlayan borudan ətrafa yayılan su yerin üstündə gölməçələr əmələ gətirib. Suyun verilişi dayandığı zaman yaranmış gölməçələrdən həmin çirkab su boruya dolur. Beləliklə, insanlara içməli su əvəzinə çirkab su verilir.

Həll olunmayan problem yalnız su təchizatı ilə bağlı deyil. Belə ki, qəsəbədə yol problemi də yaşanır. Su xətlərinin dəyişdirilməsi zamanı yollar qazılıb və torpaq kənara tökülüb. Sonradan bu problemin həlli də “gözdən yayınıb”.

Yaranmış vəziyyətlə bağlı Ağdam rayon Su-Kanal İdarəsi ilə əlaqə saxladıq. İdarədən problemin qısa zamanda həll ediləcəyi bildirildi.

Şərhlər

XƏBƏR LENTİ