SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Vilyam Hacıyev İmişlini necə idarə edir?

Vilyam Hacıyev İmişlini necə idarə edir?

Tarix:

5-03-2017, 16:02

/ 1 981 dəfə oxundu.
Vilyam Hacıyev İmişlini necə idarə edir?

İcra başçısı kənd qəbirsanlığının satılmasına göz yummasının səbəbi nədir...
Qanundan kənar baş verən hadisələrin fəsadlarını aradan qaldırmağa qanunla borclu olan icra başçısı, əvəzində uzun illərdir əlaqədə olduğu “mediadakı dostları” vasitəsilə rəhbərlik etdiyi rayondakı problemlərə ictimai nəzarəti yönəldən media orqanlarına “təsir etməyə” üstünlük verir.
«Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq». Bu sözləri Prezident İlham Əliyev hər dəfə çıxışında deyib. Bu söz o zaman, yerində və vaxtında deyildi ki, dövləti vəzifədən istifadə etməklə kulli miqdarda sərvətə sahiblənmiş məmurların övladları sözün əsl mənasında sağalmaz virus kimi təhlükəli idilər. Belə şəxslərin özləri və valideynləri ilə bağlı ölkə başçısının atdığı təqdirəlayiq addımlardan sonra problem tam olmasa da, hiss ediləcək qədər azaldı. Məsələnin ən qəribə tərəfi isə indi həmin “tipləri” əsasən əyalətlərdə yerli icra başçılarına güvənərək özlərini “şımarıq çocuq” kimi aparan bəzi qurum rəhbərləri əvəzləyiblər. xalqxeber.az olaraq dəfələrlə qeyd etmişik – İmişli rayonu sanki idarəolunmaz məkandır. Burada Maliyyə idarəsinin rəisi Rəhim Rəhimov toyda adam döyür, xuliqanlıq edir, görəvindən alınır, lakin bir neçə ay sonra heç nə olmamış kimi yenidən görəvinə qayıdır. Vilyam Hacıyev isə seyr edir və susur. Görəsən niyə? Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişli Suvarma Sistemləri idarəsindən alınan arayışa əsasən rayon mərkəzindən keçən MTS adlı kanalın üstündə və mühafizə zolağında müxtəlif təyinatlı obyektlər tikilir, kanalın məcrası üfunət qoxuyan zibilliyə çevrilir və idarə rəisi gizlətmədən - “mən kiməm, tikintiyə icazə sərəncamını Vilyam Hacıyev verir” – deyə açıqcasına məsələnin nədənini söyləyir, yenə də Vilyam Hacıyev susur. Rəsullu, Yalavac və Şahverdili birləşmiş kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov rayonun Rəsullu kənd sakinləri Şükürov Şahverdi Mehdi oğlunun və Şükürov Hikmət Fikrət oğlunun üstünə silah çəkir, kənd sakinləri etiraz əlaməti olaraq İcra Hakimiyyətinin binası qarşısına yürüş edirlər. Rəsullu kənd sakini Mehdi Şükürovun İmişli rayon prokuroruna və İmişli RPİ-nin rəisinə ünvanladığı şikayət ərizəsində bələdiyyə sədri Qəhrəman Qəhrəmanovun onun oğlunu və qardaşı oğlunu avtomat silahla hədələyərək “rayonda kimsə qarşımda at oynada bilməz” – dediyini yazır və səhəri gün bu məsələ mətbuatda dərc edilir, bələdiyyə sədri isə cavabında “mən onları avtomatla deyil, qoşalülə adlanan ov tüfəngi ilə hədələmişəm “ deyə etiraf edir, amma yenə də, Vilyam Hacıyev susur. Bunlar bu rayonla bağlı bildiklərimizin olduqca az bir qismidir. Qanundan kənar baş verən hadisələrin fəsadlarını aradan qaldırmağa qanunla borclu olan icra başçısı əvəzində uzun illərdir əlaqədə olduğu “mediadakı dostları” vasitəsilə rəhbərlik etdiyi rayondakı problemlərə ictimai nəzarəti yönəldən media orqanlarına “təsir etməyə” üstünlük verir. xalqxeber.az-a bir müddət öncə Rəsullu kənd sakinləri Şükürov Şahverdi Mehdi oğlunun və Şükürov Hikmət Fikrət oğlunun üstünə silah çəkdiyini özü də etiraf edən, lakin bu günə kimi muzeydə qorunan antikvar sayağı toxunulmaz qalan Rəsullu, Yalavac və Şahverdili birləşmiş kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanovla bağlı maraqlı faktlar daxil olub. Əldə etdiyimiz sənədlərdən və şəkillərdən məlum olur ki, bələdiyyə sədri rayonun Rəsullu kənd qəbirstanlığına aid olan sahəni ayrı – ayrı sakinlərə şəxsi evlər tikmək məqsədilə sadəcə satıb. Etiraz edənlərə “kim hara istəyir gedib şikayət edə bilər, icra başçısı Vilyam Hacıyev deyib məndə satmışam” – deyə cavab verən Qəhrəman Qəhrəmanov son hərəkətləri, eyni zamanda “cəsarətli” etirafları ilə İmişlidəki daxili idarəetmə üsulunu çılpaqlığı ilə göstərir. “Biz gələcəkdə dünyasını dəyişən yaxınlarımızı harada basdıracağıq” - deyə etiraz əlaməti olaraq İmişli rayon İcra Hakimiyyətinə gəlmək istəyənlərə - “siz məndən Vilyam Hacıyevə yox, çalışın Prezidentə şikayət edin” – söyləyən sıradan bir kənd bələdiyyəsinin sədrinin bu qədər özündənrazı, iddialı olmasının yalnız bir səbəbi var – İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyevin baş verənlərə biganə yanaşması.
Əksini iddia etmək sadəcə hekayədir. Toyda sərxoş vəziyyətdə xuliqanlıq edərək adam döyən İmişli Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimov məhz həmin hadisəyə görə görəvindən müvəqqəti alındı və bir neçə ay sonra, heç nə olmamış kimi bu gündə həmin quruma rəhbərlik edir.
Əgər adamın hərəkətlərindən qanundankənar hallar yox idisə nədən görəvdən alınmışdı? Bəs hansı vasitələrdən istifadə etməklə yenidən görəvinə qayıtdı? İmişli Suvarma Sistemləri İdarəsinin balansında olan MTS adlı kanalın üstü və mühafizə zolağı ayrı – ayrı şəxslərə müxtəlif təyinatlı obyektlərin tikilməsi üçün satılıb.
Həmin obyektlərin şəkilləri dəfələrlə mətbuatda, o cümlədən xalqxeber.az-da dərc edilib. Bu obyektləri tikmək üçün rayon icra hakimimyyəti başçısının qolu ilə təsdiqlənmiş sənəd tələb edilir. Qəhrəman Qəhrəmanovla bağlı silahla hədələmə olayının üstündən bir ay keçməmiş ikinci şok effekt yaradacaq hadisə baş verir – kənd qəbirstanlığının ərazisi satılır. Bu məsələ dərc etdiyimiz sənədlərdə və şəkillərdə də öz təsdiqini tapır. İnanmaq istəyirik ki, öncəki hadisələr zamanı susan, idarəçilikdən daha çox seyrçi təəssüratı yaradan İmşli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, onu artıq 13 ildir ki, Göy – Göldən,Samuxa, oradan da İmişliyə ardıcıl olaraq icra başçısı təyin edən Prezidentinə dil uzadan bələdiyyə sədrinə yerini göstərmək cəsarəti nümayiş etdirəcək.
Və cənab icra başçısına onu da xatırlatmaq istəyirik ki, sənəddə adı keçən Cəbiyeva Gülbəniz Həsənqulu qızı İmişli rayon Rəsullu, Yalavac və Şahverdili birləşmiş kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanovun müavini Rövşən Cəbiyevin həyat yoldaşıdır. Bunu nə Gülbəniz xanım nə də Rövşən müəlim inkar edirlər. Hətta Qəhrəmanova bu ərazini almaq üçün verdikləri məbləği belə gizlətmirlər. Digər sənəddə isə həmin birləşmiş bələddiyyəyə aidiyyatı olmayan Xəlfəli kənd sakini Qafarov Mənsur Kamil oğluna, Yalavac kəndi ərazisində həyətyani torpaq sahəsinin ayrılması göstərilir. Məlumatı verən mənbə həmin sənədin ekspertiza yoxlamasından keçməsinin də vacibliyini bildirdi. Mənbə əlavə olaraq onu da qeyd etdir ki, Qəhrəman Qəhrəmanov da, İmişli Maliyyə idarəsinin, İmişli Suvarma Sistemləri idarəsinin və hələ adını çəkmədiyimiz digər qurumların rəhbərləri kimi onların qanunsuz əməllərinə etiraz edənləri həbslə hədələyirlər. Maraqlıdır, İmişlidə qərarlar qanunlara müvafiq qəbul edilir, yoxsa hansısa kiçki çaplı məmurun sifarişi ilə? Görəsən bu kiçik çaplılar kimə və ya nəyə güvənərək yüz mindən çox əhalisi olan bir rayonu təhdid altında saxlayırlar? “...Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam...” Bunu isə yüz mindən çox əhalisi İmişlinində, İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevində, rayonun Rəsullu, Yalavac və Şahverdili birləşmiş kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanovun da, İmişli Maliyyə İdarəsini rəisi Rəhim Rəhimovun da, Əhməd Əhmədzadənin də, onun rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişli Suvarma Sistemləri idarəsinin rəisinin də, on milyona qədər əhalisi olan Azərbaycanın Prezidenti deyir.
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Yazıda adı çəkilən qurumların və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
Növbəti yazılarımızda Vilyam Hacıyevin İmişlidə ad çıxarmış və məhşur biznesmen Nurməmməd, Səlahət Qafarov qardaşları ilə biznes əlaqələrindən söhbət açacağıq. Hətta Rəsullu kəndi ərazisində satılmış qum-çınqıl karxanasından və bu karxananın nəyin qarşılığında istifadəyə icazə verilməsinə aydınlıq gətirəcəyik. Bundan başqa icra başçısının rayon sankinlərinin həyatını düşünmədən təhlükə altında qoyaraq və istifadəsi üçün Heydər Əliyev prospektində, Nəsimi küçəsində yanacaqdoldurma məntəqəsinin tikintisinə necə icazə verilməsi barədə geniş danışacağıq.
P.S. Onu da qeyd edək ki, Vilyam Hacıyevin son vaxtlar icra hakimiyyətində apardığı "kadr islahatlarından" maraqlı faktlar əldə etmişik.

xalqxeber.az

Vilyam Hacıyev İmişlini necə idarə edir?
Vilyam Hacıyev İmişlini necə idarə edir?
Vilyam Hacıyev İmişlini necə idarə edir?
Vilyam Hacıyev İmişlini necə idarə edir?
Vilyam Hacıyev İmişlini necə idarə edir?
Vilyam Hacıyev İmişlini necə idarə edir?
Vilyam Hacıyev İmişlini necə idarə edir?
Vilyam Hacıyev İmişlini necə idarə edir?
Vilyam Hacıyev İmişlini necə idarə edir?
Vilyam Hacıyev İmişlini necə idarə edir?
Vilyam Hacıyev İmişlini necə idarə edir?

Şərhlər

XƏBƏR LENTİ