
Bu gün Nəzər Media.az İnformasiya Portalının 12-yaşı tamam olur. Portal 2013-cü ilin Aprel ayının 6-da Nəzərbəy Hacıağayev tərəfindən təsis olunub. "NazarM GROUP" MMC-nin tərkibində fəaliyyət göstərən Nəzər Media.az saytının təsisçisi və Baş redaktoru Nəzərbəy Hacıağayev xəbər saytının təsisindən 12-ci il dönmü ilə əlaqədar özünün şəxsi sosial şəbəkə hesablarında paylaşım edib.
"Bu gün Nəzər Media.az İnformasiya portalının təsisindən 12 il ötür. Bu eyni zamanda mənim də müstəqil fəaliyyətimin 12-ci ili deməkdir. Bu 12 il ərzində əsas prinsipim dostlarımıza qarşı daim diqqətli olmaq, onlar mövqeyini hər zaman öz mövqeyim kimi müdafiə etmək dövlətə, dövlətçiliyə xidmət etmək olub. Əsas prinsiplərimdən biri də daim münasibətlər fonunda balansı qorumaq olub. İnanıram ki, "Nəzər Media" adı daim qalcaq. Siz gələcəkdə bu adı zamanın tələbinə uyğun olaraq fərqli formatlarda da görə bilərsiz. Bir daha bu günə qədər bizə dəstək olan hər kəsə öz minnətdarlığımı bildirirəm."-deyə Nəzərbəy Hacıağayev bildirib.
Nəzər Media.az saytının Baş redaktoru Nəzərbəy Hacıağayev onu da qeyd edib ki, son 1 il də əsas prioritetimiz Nəzər Media.az saytının formatını dəyişərək informasiya təminatı ilə məşğul olmaqla yanaşı marketinq sahəsində ixtisaslaşmış bir sayta çevirməkdir.