XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Göyçayda ilginc: icra başçısının iş satan qardaşının əməlləri araşdırılır

Göyçayda ilginc: icra başçısının iş satan qardaşının əməlləri araşdırılır

Göyçayda ilginc: icra başçısının iş satan qardaşının əməlləri araşdırılır
16-01-2017, 19:50

Göyçayda işaxtaran vətəndaşlardan rüşvət tələb olunması iddiaları ilə bağlı araşdırmalar başlana bilər

Əldə etdiyimiz xəbərə görə, yanvarın 9-da Göyçayda keçirilən əmək yarmarkasının pərdə arxasında qeyri-rəsmi məsələlər üzə çıxıb.

Məqsəd boş (vakant) iş yerlərində işsiz və işaxtaran vətəndaşları işlə təmin etmək olsa da, işsiz-gücsüz, evinə bir tikə çörə aparmağa imkanı olmayan vətəndaşlardan rüşvət istənildiyi iddiaları meydana çıxıb.

Əvvəlcə ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılıb. Vətəndaşların bəzilərinə boş iş yerlərinə göndəriş verilib. Göyçay Qaz İstismar Sahəsində 10, Mənzil İstismar Sahəsində isə 130-140 boş (vakant) yer var.

Lakin növbədə boş (vakant) yerdən artıq vətəndaşlar var. Bundan sui-istifadə edən Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov olub.

O, özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edərək 500-700 manat arası pul müqabilində işlə təmin olunmasına şərait yaratdığı iddia edilir. Bu da digərlərinin narazılığına səbəb olur.

Namiq İsmayılov konkret olaraq işə qəbul üçün Hacağabəyli kənd sakini Yusif Xasıyevdən 800 manat pul istəyib. Onun isə çörək almağa pulu yoxdur.

Yusif Xasıyev yerli hüquq müdafiəçilərinə müraciət edərək bu barədə şikayət edib. Namiq İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun qardaşıdır.

Gələn son xəbərə görə, Y.Xasıyevin hüquq müdafiəçisinə müraciətindən sonra məsələnin hüquqi müstəvidə həllinə başlanacağı gözlənilir.

Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılovla bağlı araşdırmaların başlanacağı istisna edilmir.

Bir müddət əvvəl də mətbuatda Mərkəz direktorunun iş yerlərini satışa çıxardığı haqda açıqlamalar olmuşdu. Hüquq müdafiəçisi Rahim Bayramov Feysbukda yazmışdı:

“Bundan sui-istifadə edən Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edir.

Növbədə olan vətəndaşların deməsinə görə 500-700 manat arası pul verən vətəndaşların işlə təmin olunması təmin olunur.
Buda digərlərinin narazılığına səbəb olur. Dostluğumda olan bütün müstəqil jurnalistlərdən və ictimai fəallardan bu məsələni diqqətdə saxlamağı və paylaşmağı xahiş edirəm”.

Yada salaq ki, Sabirabadın şefi Göyçayda xaniman yaradıb. Sabirabadın icra başçısı Nazim İsmayılov Göyçayda, Gənclər Mərkəzinin arxasında oğlu üçün dəbdəbəli villanın təməlini qoydurub. Təbii ki, Sabirabadın icra başçısı Nazim İsmayılov maaşı ilə oğluna Göyçay rayonunda imarət tikdirdiyini idda edə bilməz.

Bununla bağlı ölkə başçısı dəfələrlə məmurlara üz tutaraq dövlət büdcəsinin vəsaitlərinin xərclənməsi ilə bağlı israfçılığa yol verməməyi tələb edib. Həmçinin dövlət başçısı dəflərlə şəffaflığın təmin olunmsını tələb edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.