SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əkinimi məhv edirlər- KƏND SAKİNİ PREZİDENTƏ ÜZ TUTDU

Əkinimi məhv edirlər- KƏND SAKİNİ PREZİDENTƏ ÜZ TUTDU

Tarix:

26-04-2018, 13:02

/ 1 276 dəfə oxundu.
Əkinimi məhv edirlər- KƏND SAKİNİ PREZİDENTƏ ÜZ TUTDU

Yevlax rayonu Qaraməmməd kəndində yaşayan əslən Kəlbəcərdən olan Yasin Bayramov adlı vətəndaş Gununsesi.info şikayət məktubu yollayıb. Saytımıza yazdığı məktubunun eyni məzmunlusunu ölkə başçısı İlham Əliyevə də ünvanladığını vurğulayan Yasin Bayramov bildirir ki, çoxsaylı ailə üzvlərinin yeganə gəlir mənbəyi əkin-biçindir: “Mən bələdiyyə ilə müqavilə əsasında 1 hektar 70 sot torpaq becərirəm. Kəndimizin özünə güvənən iki şəxsi -Novruz və Şamil adlı adamlar özlərinin, qohum-əqrabalarının mal-heyvanını mənim sahəmə salırlar. Hər gün mübahisə davam edir. Bizi qarşıdurmaya vadar edən bu adamlarla heş kəs bacarmır”.
Yevlax rayon polis Şöbəsinin rəisinin qəbulunda olduğunu deyən kənd sakini bildirir ki, rəisin tapşırığına baxmayaraq, onun əkininin məhv edilməsi davam edir: “Rəis məni qəbul etdi və dinlədi. Tapşırdı sahə müvəkkilinə ki, vətəndaşın min-bir əziyyətlə əkdiyi sahəni otarmasınlar. Ancaq sahə müvəkkilini sayan yoxdur. Mən Cənab Prezidentdən xahiş edirəm ki, kənd təsərüfatına göstərilən qayğını bəzi adamlara da tapşırsın”.
Əkinimi məhv edirlər- KƏND SAKİNİ PREZİDENTƏ ÜZ TUTDU
Əkinimi məhv edirlər- KƏND SAKİNİ PREZİDENTƏ ÜZ TUTDU

Şərhlər

XƏBƏR LENTİ