XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Tovuzda sular məmurların əkin yerinə axa bilər - ŞİKAYƏT

Tovuzda sular məmurların əkin yerinə axa bilər - ŞİKAYƏT

Tovuzda sular məmurların əkin yerinə axa bilər - ŞİKAYƏT
4-07-2017, 09:46

«İnəyi satdım, xeyli də kredit götürdüm, 3 hektar sahədə kartof əkini işləri apardım. İçimdə ümid vardı ki, sahədən məhsul götürüb həm kreditimi qaytaracam, həm inəyimi geri alacam, həm də qışa tədarük görəcəm. Susuzluq ümidimi qırdı». Ümidləri yarıda qalan Tovuzun Xatınlı kəndinin sakini Azər Kərimovdur. O, 3 hektar sahədə əkin işləri aparmaq üçün həm inəyini satıb, həm də 9 min manat borca girib. Əkdiyi sahə isə susuzluqdan məhv olub.
Kəndlinin sözlərinə görə, kartof əkininə görə qapıdakı yeganə heyvanı – inəyi satıb. Əkin uğurlu olsa da, sonrakı susuzluq problemi kəndlinin ümidini alt-üst edib. İndi onu məhsuldan daha çox borcları narahat edir:
A.Kərimov hesab edir ki, məmurlar suyu qəsdən kəsib öz sahələrinə yönləndirirlər. A.Kərimov davam edir: «Su idarəsinə gedirik, deyirlər, narahat olmayın, 1-2 gün də gözləyin, su olacaq. Hər gün eyni sözləri eşidirik, onlar bir tərəfdən bizi yola verirlər, bu biri tərəfdənsə sahələrdən əsər-əlamət qalmır. Axı torpağa, kartofa necə başa salasan ki, «bir az da döz». Xahiş edirik, bizə kömək edin, səsimizi yuxarı qurumlara çatdırın, bir tədbir görsünlər. Məhsulun məhv olması elə kəndlinin məhvi deməkdir. İmkan verməyin ki, məhv olaq».
Kəndlilər bildirirlər ki, kartof sahələri həftədə bir dəfə suvarılır və hər dəfə onlardan suvarılan 1 hektara görə onlardan 16 manat alınır.
A.Kərimovun deməsinə görə, rayonun icra başçısı tapşırıb ki, su yalnız çuğundur sahələrinə verilsin. İcra hakimiyyətindənsə bunu təkzib ediblər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.