SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Sabirabad sakinləri : Əhmədzadə 22 milyonu yenə yeyəcək – Fotolar

Sabirabad sakinləri : Əhmədzadə 22 milyonu yenə yeyəcək – Fotolar

Tarix:

19-03-2018, 12:27

/ 1 686 dəfə oxundu.
Sabirabad sakinləri : Əhmədzadə 22 milyonu yenə yeyəcək – Fotolar

Sabirabad sakinləri yaz əkininə başlaya bilmirlər. AzEuroNews.com xəbər verir ki, bu barədə məlumat verən sakinlərin sözlərinə görə, buna səbəb su ilə bağlı yaranan problemdir. Sakinlər bildirirlər ki, ikinci bir problem Muğan düzündə kollektorların qazılmamasıdır: “Bu il Muğan düzündə “Ana kollektor” dediyimiz kanal qazılmadı. Bildiyiniz kimi Muğan düzü şoran torpaqdır. Qrunt suları da imkan vermir ki, məhsuldarlıq yüksək olsun. Sovet dövründən qalan “Ana Kollektor”un bu il qazılmaması yeraltı şor suların torpağın canında qalması ilə nəticələndi. İndi heç kim risk edib burda qarpız, yemiş və s. kənd təsərrüfatı məhsulu əkmək istəmir. Kollektor qazılıb təmizlənsəydi, şor sular ora axardı. Biz də əkinə qədər torpağı bir neçə dəfə suvararaq yararlı vəziyyətə gətirərdik. Bayramdan sonra qapızın toxumunu basdırmaq istəyirik amma, risk də etmirik”.

► Sovetdən qalma asma kanallar dağılıb

Şikayətçi kənd sakinləri deyirlər ki, Sabirabadda əkin sahələrinə Kürdən su aparan beton asma kanalların çoxu dağılıb : “Bu beton kanallar bərpa olunsaydı yaxşı olardı. Çünki bu kanallar həm kəndliyə həm də dövlətə sərf edir. Dövlət hər il bu kanalı qazıb təmizləmək məcburiyyətində qalmır. Su maniəsiz kəndlinin əkin sahəsinə gəlib çıxır. Sabirabad rayonu ərazisində bir dənə də olsun salamat asma kanal yoxdur. Çoxu dağılıb və ya dağıdılıb. Biz əkin üçün bankdan kredit götürmüşük. Su olmasa əkinə başlamayacağıq. Bankın pulunun bir qəpiyinə toxunmadan aparıb qaytaracıq. Əvvəlki illərdə başımız bəlalar çəkib. Bir sözlə bu dövlət, başda oturan məmurlar istəmirlər kənd təsərrüfatı inkişaf eləsin. Kəndli məshulunu əkib özünü, dövləti dolandırsın. İstəmirlər…”.

► “Əhmədzadə 22 milyonu yenə yeyəcək”

Narazı sakinlər deyir ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni ayrılan 22 milyon 358 min manatın taleyi də əvvəlki illərdə ayrılan vəsaitlər kimi olacaq: “Basıb yeyəcəklər… Əhməd Əhmədzadə yeyəcək. Necə ki, Kür daşqınları zamanı onun dövlət büdcəsinə milyardlarla ziyan vurduğu üzə çıxdı. Görün güldən ağır söz deyən oldu. Neçə illərdir “H” kanalının tikntisini başa çatdıra bilmirlər. Bu kanal barədə tək yenilik hər il milyonlarla dövlət vəsaitinin tikinti üçün ayrılması olur. Ortada heç nə yoxdur”.
Xatırladaq ki, Prezident İlham Əliyev martın 3-də “Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün “H” kanalının yenidən qurulması layihəsi çərçivəsində tikinti işlərinin başa çatdırılması və daha 7551 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 22 milyon 358 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Sabirabad sakinləri : Əhmədzadə 22 milyonu yenə yeyəcək – Fotolar
Sabirabad sakinləri : Əhmədzadə 22 milyonu yenə yeyəcək – Fotolar
Sabirabad sakinləri : Əhmədzadə 22 milyonu yenə yeyəcək – Fotolar
Sabirabad sakinləri : Əhmədzadə 22 milyonu yenə yeyəcək – Fotolar
Sabirabad sakinləri : Əhmədzadə 22 milyonu yenə yeyəcək – Fotolar

Şərhlər

XƏBƏR LENTİ