Ramiz Yediyarova havadarlıq edən kimdir? - VİDEO
Obyektinin qapıları hasarlanaraq qapadılmış, özü isə rayondan didərgin salınmış Gədəbəyli sahibkar Fəxrəddin Bağırov növbəti dəfə ölkə prezidentinə müraciət edib. Surəti redaksiyamıza göndərilən müraciətdə sahibkar yazır:
“Hörmətli cənab Prezident, bu müraciətimdə, əvvəlki müraciətlərimdə olduğu kimi Gədəbəy rayon rəhbərliyinin mənə qarşı etdiyi qanunazidd hərəkətləri sadalamaq istəmirəm.Ona görə ki, həmin müraciətlər sizə çatdırılmadan yenidən rayon rəhbərliyinə yönəldilir və rayon rəhbərliyi də ən müxtəlif şəkildə saxta və yalan məlumatlar uyduraraq törətdiyi cinayət əməlinin üzə çıxmasını əngəlləyir.Mən sizə baş verən bu hadisənin başqa bir tərəfi barədə məlumat vermək istəyirəm.
Cənab Prezident,
1 aydan artıqdır ki, obyektimin təcrid olunması ilə bağlı çoxsaylı insanlarla təmasda olmuşam, şikayət etdiyim bir sıra rəsmi qurumların nümayəndələri ilə əlaqə saxlamışam və mənə məlum olub ki, hansısa daşınmaz əmlakın bütün girişlərini bağlayıb, əmlakın ətrafdan təcrid vəziyyətinə salınması kimi bir hal indiyədək ölkənin heç bir yerində baş verməyib. Hətta ölkənin ən böyük şəhərlərinin hansısa rəhbəri belə bu cür açıq-aşkar, kobud qanun pozuntusuna yol verməyə cəsarət etməyib.Üstəlik bu özbaşınalığın, sizin sahibkarlara böyük dəstək verdiyiniz hazırkı dövrdə,sahibkara qarşı törədilməsi, hansısa ucqar dağ rayonunun başçısı üçün böyük risk tələb edir. Mən və mənim fikir mübadiləsində olduğum insanlar belə qənaətə gəlirik ki, rayon icra başçısı bu miqyasda özbaşınalığı himayəçisiz, təkbaşına törədə bilməz. Bu nəticəyə gəlməyimin daha bir səbəbi də, törədilən bu cinayətdən indiyədək, ötən 40 gün ərzində bütün müvafiq yuxarı icra hakimiyyəti orqanlarına etdiyim şikayətlərin nəticəsiz qalmasıdır.
Adi bir sahibkarlıq obyektinin girişini 1 aydan artıq müddətdə inadkarcasına bağlayaraq qanunlara meydan oxuyanların məqsədi nədir? Fikirimcə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun öz havadarlarının himayəsi ilə mənə qarşı törətdiyi bu cinayət əməli təkcə mənim və mənim obyektimdə işləyən və hazırda işsiz qalan insanların mənafeyinə toxunmur, eyni zamanda qanunlara qarşı yönəlmiş ağır cinayət əməlidir".
AzEuroNews.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?