XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Lənkəranda kim etiraza səbəb oldu? - İDDİA

Lənkəranda kim etiraza səbəb oldu? - İDDİA

Lənkəranda kim etiraza səbəb oldu? - İDDİA
29-11-2017, 09:52

ATE Hüquq Mərkəzi tərəfindən Bizimxeber.az-a maraqlı müraciət ünvanlanıb. Mərkəzdən redaksiyaya daxil olan məktubu olduğu kimi oxuculara təqdim edirik.
Lənkəran rayon İcra Şöbəsinin böyük icra məmuru 1-ci dərəcəli ədliyyə qulluqçusu Əmənov Kamran Cəbrayıl oğlu, 19 yanvar 2017-ci il tarixdə icraatına daxil olmuş, Lənkəran rayon məhkəməsi tərəfindən verilmiş 2(049)-518/2017 nömrəli 06 yanvar 2017-ci il icra sənədinə baxaraq, icra sənədinin tələbinə əsasən, mübahisə məhkəmə qaydasında həll edilənədək iddianın təmin etmə tədbiri kimi borclu Səlimov Murad Firqət oğlunun adına olan “HYUNDAI SANTAFE” markalı, 2012-ci il istehsalı olan 99-XE-904 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını, həmin avtomobillə bağlı müəyyən hərəkətlərin edilməsinin borcluya və başqa şəxslərə qadağan edilməsini müəyyən edib. Ona görə də 09 yanvar 2017-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul etmişdir.
Məktubda qeyd olunur ki, 18 iyun 2017-ci il tarixində təqribən saat 16:00 radələrində İcra Şöbəsinin böyük icra məmuru 1-ci dərəcəli ədliyyə qulluqçusu Əmənov Kamran Cəbrayıl oğlu və Lənkəran rayon İcra Şöbəsinin daha 3 məmuru və bir neçə polis əməkdaşı ilə gələrək 99-XE-904 dövlət qeydiyyat nişanlı avtomobili Səlimov Murad Firqət oğlunun keçmiş nümayəndəsinin yaşadığı Veravul kəndinə aparmışdır.
99-XE-904 dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılaraq Səlimov Murad Firqət oğluna təhvil verilməsini və vəzifə səlahiyyətlərini aşmış İcra Şöbəsinin böyük icra məmuru 1-ci dərəcəli ədliyyə qulluqçusu Əmənov Kamran Cəbrayıl oğlu barəsində qanuna müvafiq tədbirlərin görülməsini İcra Baş İdarəsinin rəisi Baş İcra məmuru Mustafayev Nurəddin Yusif oğlunun ünvanına 03 sentyabr 2017-ci il tarixində 98 saylı məktubla müraciət etmişik.
Müraciətimizə baxılması üçün İcra Baş İdarəsi tərəfindən 12 sentyabr 2017-ci il tarixində 04/11-18232 saylı məktubla Lənkəran regional ədliyyə şöbəsinin rəisi cənab İlkin Nəcəfovun ünvanına göndərilmişdir.
26 sentyabr 2017-ci il tarixində müraciətimizə cavab verilməsi barədə 107 saylı məktubla cənab İlkin Nəcəfovun ünvanına məktubla müraciət etdik. Lakin müraciətimiz bu günə kimi cavabsız qalmışdır.
“Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsində göstərilir ki, Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
Bununla da Lənkəran Regional Ədliyyə Şöbəsinin rəisi cənab İlkin Nəcəfov qanunun tələblərini kobud şəkildə pozmuşdur.
Məktubda həmçinin əlavə olunur ki, məcburiyyət qarşısında qalaraq hüquqi xidmət göstərdiyimiz Səlimov Murad Firqət oğlunun digər nümayəndəsi ilə İcra Baş İdarəsinin rəisi Baş İcra məmuru Mustafayev Nurəddin Yusif oğlunun qəbuluna getdik. İcra məmurunun hərəkətləri barədə ona məlumat verdik. Bildirdik ki, məhkəmə qərardadında “HYUNDAI SANTAFE” markalı, 2012-ci il istehsalı olan 99-XE-904 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını və həmin avtomobillə bağlı müəyyən hərəkətlərin edilməsinin borcluya və başqa şəxslərə qadağan edilməsi göstərilmişdir.
Lakin Lənkəran rayon İcra Şöbəsinin böyük icra məmuru 1-ci dərəcəli ədliyyə qulluqçusu Əmənov Kamran Cəbrayıl oğlu isə vəzifə səlahiyyətlərindən istifadə edərək sözü gedən avtomaşını Lənkəran şəhərinin Veravul kəndinə aparmışdır.
İcra Baş İdarəsinin rəisi Baş İcra məmuru Mustafayev Nurəddin Yusif oğlu icra məmurunun hərəkətlərini pisləsədə Azərbaycan Respublikasının İcra haqqında qnunun 50-ci maddəsini əsas gətirərək icra işini düzgün icra etməsini bildirdi.
Məcburiyyət qarşısında qalaraq bir neçə gündən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirinin müavini Vilayət Zahirovun qəbulunda olduq. Sözü gedən iş barəsində ona məlumat verdik. Ədliyyə Nazirinin müavini cənab Vilayət Zahirov “HYUNDAI SANTAFE” markalı, 2012-ci il istehsalı olan 99-XE-904 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçiyə təhvil verilməsi barədə öz göstərişlərini versə də bu günə kimi onun göstərişlərinə məhəl qoyan yoxdur.
Məlumat üçün bildirək ki, məhkəmə işində Lənkəranın millət vəkili Hadı Rəcəblinin qardaşı, Lənkəran Maliyyə İdarəsinin rəisi İqbal Rəcəblinin dı keçir. Bu barədə yaxın günlərdə əlavə məlumat verəcəyik.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.