XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Keyfiyyətsiz asfalt, “şişirdilmiş” rəqəmlər, mənimsənilən milyonlar- Beyləqanda KORRUPSİYA

Keyfiyyətsiz asfalt, “şişirdilmiş” rəqəmlər, mənimsənilən milyonlar- Beyləqanda KORRUPSİYA

Keyfiyyətsiz asfalt, “şişirdilmiş” rəqəmlər, mənimsənilən milyonlar- Beyləqanda KORRUPSİYA
28-11-2017, 16:29

Beyləqan asfalt zavodunun fəaliyyətində müdhiş korrupsiya faktları ilə bağlı ilginc məlumat əldə etmişik. Həmin məlumatda bildirilir ki, rayonda asfaltlaşma prosesindəki korrupsiya Zamin Abbasov adlı zavod müdirinin əli ilə həyata keçirilir. Yolların asfaltlaşdırılması işləri kağız üzərində gedir, rəqəmlər “şişirdilərək” maxinasiyalar yolu ilə böyük məbləğdə pul vəsaitləri mənimsənilir. Keyfiyyətsiz salınan asfalt örtükləri çox keçmədən dağılıb sıradan çıxır. Asfaltın qalınlığı hesabatda 7 sm göstərilsə də, faktiki olaraq köhnə, dağılmış asfaltın üstünə vur-tut 3 sm qalınlıqda yenisi döşənib. Qalan yarıdan çox asfaltın hər kvadrat – metrinə 22 manat silinən pul mənimsənilib. Yol yatağının yararsız qruntu qazılaraq çıxarılmır, karbonat materialı töpkülüb kipləşdirilmir. Yolu əsasının və çiyinlərinin tikintisinə sərf edilən çınqıl və qırmadaş, örtüyün inşasına sərf olunan asfalt-beton qarışığının kəmiyyətini əks etdirən rəqəmlər artıq göstərilib. Əgər istehsalat prosesini əks etdirən sənədlər nəzərdən keçirilərsə, yük maşınlarının reyslərinin yol qaimələri (“puytovka”), həmin reyslərə silinən yanacaq tutuşdurulsa, asanlıqla görmək olar ki, inşa olunan yola hesabatlarda göstərilən qədər asfalt, çınqıl daşınmayıb. Bu yeyintidən hamının xəbəri olsa da, zavodun fəaliyyətini yoxlayan yoxdur. Daha ciddi korrupsiya cinayətləri barədə əlimizdə olan faktlar hələlik dəqiqləşdirmə mərhələsindədir. Teziklə oxucuları onlarla da tanış edəcəyik.

RealMedia.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.