XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Astara rayon 2 saylı tam orta məktəbdə Bayrağa hörmətsizlik - FOTOLAR

Astara rayon 2 saylı tam orta məktəbdə Bayrağa hörmətsizlik - FOTOLAR

Astara rayon 2 saylı tam orta məktəbdə Bayrağa hörmətsizlik - FOTOLAR
28-11-2017, 15:45

Azərbaycan Respublikasının Gerbi və Himni kimi, Azərbaycan dövlətinin suverenlik rəmzi olan Bayrağıda onun müstəqiliyinin simvoludur.
Ziya Bünyadov adına Astara rayon 2 saylı tam orta məktəbində Azərbaycan bayrağına qarşı hörmətsizlik. Bayrağın dalğalanmasına maniə yaradan məktəb direktoru valideynlərin etirazına əhəmiyyət vermir. Bayrağı asıldığı birəyə bərkimləyən məktəb rəhbərliyi azadlığın dalğalanmasını istəmir –deyə vətəndaşlar qeyd edir.
Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Qanununda bayraqla davranış qaydaları müəyyən olunub.
Qanunda qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Qanunda həmçinin qeyd olunur ki, dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) və ya yerləşdirilir. Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır. Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.
Bununla bağlı məlumat verən Astara rayon əhalisi Bayrağa qarşı edilən hörmətsizliyi qəbul edə bilmədiklərini və məktəb direktoru Maya Həsənova bu məsələyə biganə yanaşması onları təhsil müəsissəsindən narazı salmaqdadır.

xalqxeber.az
Astara rayon 2 saylı tam orta məktəbdə Bayrağa hörmətsizlik - FOTOLAR
Astara rayon 2 saylı tam orta məktəbdə Bayrağa hörmətsizlik - FOTOLAR
Astara rayon 2 saylı tam orta məktəbdə Bayrağa hörmətsizlik - FOTOLAR

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.