SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Astarada şəhid məzarına sayğısızlıq... - FOTOLAR

Astarada şəhid məzarına sayğısızlıq... - FOTOLAR

Tarix:

16-11-2017, 09:42

/ 2 008 dəfə oxundu.
Astarada şəhid məzarına sayğısızlıq... - FOTOLAR

Şəhid ailəsi övladlarının uçmuş məzarının təmir olunması üçün kömək istəyir

Astara rayon Asxanakəran kəndində yaşayan Şəhid Rüstəmov Bəxtiyar Osmanağa oğlunun ailəsi Şəhid övladlarının uçmuş məzarının təmir olunması üçün müvafiq qurumlardan kömək istəyirlər.

Moderator.az-a danışan Şəhidimizin kiçik qardaşı Nahid Rüstəmov məzarı təmir etdirmək üçün maddi imkanlarının olmadığını bildirib:

“Qardaşım Rüstəmov Bəxtiyar 1974-cü ildə anadan olub. 1992-ci il iyulun 28-də hərbi xidmətə yollanıb. Ağdərə rayonunun Sırxavənd, Çıldıran, Qazançı kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il fevralın 5-də qızğın döyüşlər zamanı qəhrəmancasına Şəhid olub. İndi qardaşımın kəndimizdəki məzarı uçub. Yerlərimiz dağlıq ərazi olduğu üçün torpaq sürüşməsi tez-tez baş verir. Qəbrin bir tərəfini torpaq sürüşməsi örtüb. Məzar daşının özü bərbad vəziyyətdədi. Özümüzün də maddi imkanımız yoxdur ki, məzarı təmir edək".

Şəhidimizin uçmuş məzarının fotolarını təqdim edirik.

Ümidvarıq ki, aidiyyatı qurumlar, xeyirxah insanlar, Şəhid adını sözdə deyil, əməldə uca tutan imkanlı şəxslərimiz Şəhid ailəsini köməksiz qoymayacaq, Şəhidimizin məzarını təmir etdirəcəklər.
Astarada şəhid məzarına sayğısızlıq... - FOTOLAR
Astarada şəhid məzarına sayğısızlıq... - FOTOLAR
Astarada şəhid məzarına sayğısızlıq... - FOTOLAR
Astarada şəhid məzarına sayğısızlıq... - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ