XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Neftçalada kənd Bələdiyyəsinin sədri I qrup əlilə qarşı təxribat edir

Neftçalada kənd Bələdiyyəsinin sədri I qrup əlilə qarşı təxribat edir

Neftçalada kənd Bələdiyyəsinin sədri I qrup əlilə qarşı təxribat edir
31-10-2017, 12:32

“Qismət Qafarov məhz bu kimi qanunsuz əməllərinə görə 2007-ci ildə kənd icra nümayəndəsi vəzifəsindən qovulub. Həmin vaxt kənd qəbiristanlığının dəmir hasarlarının sökülərək bir qisminin satılmasına, yerdə qalanını isə rəhbərlik etdiyi idarənin qarşısına yığılmasına göstəriş verən Qismət Qafarov kənd sakinlərinin təpkisi nəticəsində görəvindən qovulmuşdu.”
Ölkə başçısının kənd təsərrüfatı sahəsində tarixi ənənələrin bərpası ilə bağlı təşəbbüsündən sonra bir – birinin ardınca regional xarakterli təsərrüfat subyektləri yaranmağa başladı. Pambıqçılıqla bağlı ənənələri olan Neftçala rayonunda da prosesə qatılan I qrup əlil, Xolqarbucaq kənd sakini Ceyhun İsrafil oğlu Əfrasova qarşı münasibət isə olduqca ciddi və kriminal xarakterlidir.
Bir neçə gün öncə Ceyhunun sosial şəbəkədə yayılan videomüraciəti olduqca ilginc faktlardan xəbər verir. I qrup gözdən əlil olan Ceyhun videomüraciətində bildirir ki, pambıq əkmək məqsədilə kənd bələdiyyəsinə icarəyə götürmək məqsədilə əkin sahəsi ilə bağlı müraciət etsədə ona rədd cavabı veriblər.
- Daha sonra kənd ərazisindən bələdiyyə sədrinin hər hansı yardımı olmadan 8 hektar əkinə yararlı torpaq sahəsi icarəyə götürdüm. Fiziki qüsurlu olmama rəğmən hər hektardan 45 sentner məhsul götürdüm. Lakin bu uğurum Neftçala rayonu Xolqarbucaq kənd bələdiyyəsinin sədri Qismət Qafarova xoş gəlmədi. İlk yığım zamanı rayon pambıq zavoduna təhvil vermək üçün hərəkətdə olan taraktorun məhsulla dolu lafetinə bilərəkdən od vuruldu. Yanğın FHN-nin yanğınsöndürmə idarəsinin müdaxiləsi ilə söndürülməsəydi daha ağır nəticələr ola bilərdi. Xatırladım ki, məhsulun sahibi mən olsam da, texnika pambıq zavoduna məxsus idi. Bir müddət sonra kənd bələdiyyəsinin sədri Qismət Qafarov 7-8 nəfərlə birləşərək mənə qarşı yeni təxribat planladı. Belə ki, bələdiyyə sədri mənim əkin sahəmə gedən yolu və ona bitişik ərazini müvafiq qərarla başqa bir şəxsə verdi. Məsələnin ən kritik tərəfi isə həmin şəxsin mənə məxsus əkin sahəsinə gedən yolu da tutması və şumlatdırmasıdır. Bu hadisədən sonra mən nə əkin sahəmdə çalışa, nə də ora texnika apara bilirəm. Belə olan təqdirdə min bir əziyyətlə əkib becərilən məhsul zay olur. Xatırladım ki, Qismət Qafarov məhz bu kimi qanunsuz əməllərinə görə 2007-ci ildə kənd icra nümayəndəsi vəzifəsindən qovulub. Həmin vaxt kənd qəbiristanlığının dəmir hasarlarının sökülərək bir qisminin satılmasına, yerdə qalanının isə rəhbərlik etdiyi idarənin qarşısına yığılmasına göstəriş verən Qismət Qafarov kənd sakinlərinin təpkisi nəticəsində görəvindən qovulmuşdu. Kənd qəbirstanlığının hasarının bərpası öhdəliyini götürsə də, bu günə qədər həmin öhdəliyi də yerinə yetirməyib. Onu da qeyd edim ki, Qismət Qafarov oğlunun adına 50 hektar, yeznəsinn adına isə 100 hektar sahədə pambığ əkib. Bu qədər əraziyə sahiblənmiş bələdiyyə sədri mənim min bir zəhmətlə ərsəyə gətirdiyim 8 hektara da göz tikib. Əlavə olaraq bildirim ki, Qismət Qafarovun bələdiyyə sədrliyi də qanunsuzdur. O bu görəvə seçilməyib.
Videomüraciətin sonunda ölkə Prezidentinə müraciət edən I qrup gözdən əlil özünə və ailəsinə qarşı yönəlmiş bu kimi qanunsuzluqlara son qoyulmasını istəyir. “Mən 7 yaşlı oğlumun köməyi ilə əkin sahəsinə gedirəm. İki gözdən əlil olmağıma baxmayaraq min bir əziyyətlə əkib becərdiyim sahədən növbəti il daha çox məhsul götürməyi planlaşdırmışam. Lakn mənə hər vəchlə mane olurlar. İnanıram ki, aidiyyatı strukturlar məni eşidəcəklər.”

Mövzuya qayıdacağıq.

Məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyırıq və münasibətlərini dərc etməyə hazırıq.

BakuNews.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.