Goranboyun başçısı prezidentin açılışını etdiyi stadionu söküb öz obyektinə daşıyır (FOTOLAR)
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin adı növbəti qalmaqala qarışıb.
Demək olar ki, Goranboy rayonu mediada ən çox tənqid olunan rayonlardan biridir. Bunun da bəlli obyektiv və subyektiv səbəbləri var. Məsələ burasındadır ki, rayonda ciddi şəkildə xaotik mühit hökm sürür. Əhali məmur özbaşınalığından təngə gəlib, sahibkarlar intihar həddinə çatmaqdadırlar. Pambıq planını doldura bilməyən başçı faktiki yığılan məhsulu yandırması ölkədə ciddi təşvişə səbəb olmuşdu.
Bu arada Nizaməddin Quliyevlə bağlı daha bir qalmaqallı xəbər yayılıb. İcra başçısı özünə Naftalanda sanatoriya inşa etdirir. İnşaatda lazım olan tikinti materiallarını isə başçısı olduğu rayondan sökdürərək apartdırır.
Məsələnin heyrətləndirici tərəfi ondan ibarətdir ki, vaxtilə prezident İlham Əliyevin açılışını etdiyi rayon stadionu indi hissə-hissə sökülərək başçısnın Naftalanada yeni inşa edilən sanatoriyasına aparılır. Bir sözlə, Nizaməddin Quliyev dövlət büdcəsi hesabına inşa edilən bir məkanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz şəxsi maraqlarına "xərcləyir”.
Stadionun son görüntülərini təqdime edirik.
7news.az





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...