XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Cəlilabadın təhsil şefinin rüşvətlə direktor təyinatları təftiş edilir - Şok iddia

Cəlilabadın təhsil şefinin rüşvətlə direktor təyinatları təftiş edilir - Şok iddia

Cəlilabadın təhsil şefinin rüşvətlə direktor təyinatları təftiş edilir - Şok iddia
21-10-2017, 12:15

Cəlilabad Təhsil Şöbəsi müdiri Elminaz Nadirovanın başı yenə cəncəldədir
Əldə etdiyimiz xəbərə görə, Cəlilabadın Alar kəndində Lətif Süleymanov adlı şəxsin məktəbə qeyri-qanuni rəhbərlik etməsi TŞ müdirini çətin vəziyyətdə qoyub.
L.Süleymanov 4 il əvvəl Alar kənd 2 saylı orta məktəbə direktor müavini təyin olunub. Həmin vaxta qədər isə o, heç vaxt bu və ya digər məktəbdə müəllim işləməyib:
“Lətif Süleymanovun adı 2 saylı məktəbdə Fars dili müəllimi kimi getsə də, şagirdlər onun üzünü heç vaxt görməmişdi”.
Sonradan L.Süleymanov müqavilə ilə məktəbə direktorluq edib. Bu il isə o, ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı imtahanda iştirak edib, lakin birinci mərhələdə kəsilib.
Digər tərəfdən, L.Süleymanovla məktəb direktoru kimi bağlanmış müqavilə bu ilin iyun ayında başa çatıb. Lakin o, hazırda məktəbə rəhbərliyi qeyri-qanuni şəkildə davam etdirir.
İddialara görə, RTŞ müdirinin himayədarlıq etdiyi və aylıq aldığı digər məktəblərdə vakansiya olduğu halda gizlədilib vakant verilmir.
Cəlilabad təhsilindəki neqativ hallarla bağlı dəfələrlə nazirliyə müraciət olunduğunu və sonra həmin müraciətlərin araşdırılması üçün, RTŞ –nin özünə göndərilməsi insanların E.Nadirovaya inamını və etimadını azaldıb.
Təhsil Nazirliyinin neqativ hallarla bağlı təftişə başlayacağı xəbər verilir. Həmçinin, Alar kəndində məktəb direktorunun qanunsuz fəaliyyəti başğarısına çevrilib.
Əldə etdiyimiz xəbərə görə, Cəlilabad rayon, Üçtəpə kənd sakini Ramiz Yarıyev bir müddət əvvəl E.Nadirovanın direktor təyinatlarını ifşa etmişdi.
O demişdi ki, rayon Təhsil Şöbəsinin müdiri rüşvətlə direktor təyin etdiyindən Cəlilabad rayon məktəbləri təhsil müəssisəsi kimi öz nüfuzunu itirməkdədir:
“Rüşvət verən kim olsa direktorluq vəzifəsinə gətirilir. Elminaz Nadirova ancaq öz şəxsi büdcəsini doldurmaqla məşğuldur.
Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” çıxarmaqla yanaşı, RTŞ -ə verəcək “aylıq” barədə düşünərsə onun təhsilimizə hansısa tövsiyəni verməyini düşünmək özü gülüncdür.
Belə savadsız və səriştəsiz direktorlardan biri də Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Seymur Cəfərovdur.
İxtisasca ingilis dili müəllimi olub ingilis dilində bir kəlmə söz bildiyinə dərs dediyi min şagirdindən biri şahid dura bilməz.
Məlumatda bildirilir ki, RTŞ-nin müdiri E. Nadirova vəzifə səlahiyyətlərindən öz şəxsi maraqları üçün istifadə edir. Belə ki, təhsil şefi maaş kartlarını və orta məktəb direktorlarından aylığ tələb etməsi olduqca maraqlıdır.
Baxmayaraq ki, əvvəllər Cəlilabad şəhər Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
Görünür, işlədiyi dövürdə "adət-ənənəni” layiqincə yerinə yetirən Elminaz Nadirova, bu gün özü rəhbər funksiyanı yerinə yetirir. Necə deyərlər "Başına gələn, başmaqçı olar”.

Palitika.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.