XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Salyan Regional Qaz İstismarı İdarəsinə ŞOK İTTİHAMLAR: 38 faiz qaz itkisinin səbəbi nədir?

Salyan Regional Qaz İstismarı İdarəsinə ŞOK İTTİHAMLAR: 38 faiz qaz itkisinin səbəbi nədir?

Salyan Regional Qaz İstismarı İdarəsinə ŞOK İTTİHAMLAR: 38 faiz qaz itkisinin səbəbi nədir?
16-10-2017, 09:24

“Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev dünən Salyanda yerləşən Regional Qaz İstismarı İdarəsində iclas keçirib, bu regionda qaz itkisinin 38 faiz səviyyəsində olmasını deyib.
Bu barədə daxil olan məlumatda bildirilir ki, qaz itkisinin səbəbi idarənin rəisi İlham Şahmirzəyevin uçotdan kənar qaz satışı təşkil etməsi ilə bağlıdır.
Mənbənin bildirdiyinə görə, xüsusən Saatlı rayonunda müəyyən qrup istehlakçılardan pul alıb sayğaca müdaxilə edirlər, daha doğrusu sayğacı quraşdırmazdan əvvəl sayğacın hesablayıcı qurğusunu qüsurlu hala salırlar, sonra sayğacı blomblayıb istehlakçı üçün qururlar, əvəzində istehlakçıdan birdəfəlik məbləğ (100, 200 manat) alırlar. El arasında buna “deşik sayğac” deyirlər. Nəticədə istehlakçı real istehlakın üçdə birindən də azının pulunu ödəyir, amma bu xidmətə görə vaxtaşırı İlham Şahmirzəyevin adamlarına “hörmət etməyə” də davam edirlər. Bu üzdən də sayğacı dürüst işləyən ərazilərdə qaz təchizatında fasilələr yaradılır.
Məlumatda xüsusi vurğulanır ki, bu “ixtira”nın müəllifi məhz İlham Şahmirzəyevdir və hazırda məhz onun rəhbərlik etdiyi regionda kütləvi şəkildə istifadə edilir.
Mənbənin sözlərinə görə “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev bu “ixtira”dan xəbərsizdir. İlham Şahmirzəyev isə dünənki iclasda bu barədə susmağa üstünlük verib. Bu günlərdə Saatlının Azadkənd kəndində bu “ixtira” kütləvi şəkildə tətbiq edilib.
Məlumata münasibət öyrənmək üçün İlham Şahmirzəyevlə əlaqə saxladıq. İdarə rəisi AzToday.az-a açıqlamasında deyilənlərin yalan və əsassız olduğunu dedi.

AzToday.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.