SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Bəs xəbərdarlıq nişanları niyə qoyulmur?" - AĞDAŞDAN ŞİKAYƏT

"Bəs xəbərdarlıq nişanları niyə qoyulmur?" - AĞDAŞDAN ŞİKAYƏT

Tarix:

6-10-2017, 16:45

/ 106 147 dəfə oxundu.
"Bəs xəbərdarlıq nişanları niyə qoyulmur?" - AĞDAŞDAN ŞİKAYƏT

«Ötən həftə yaxınlığımızdakı yolda bir «KamAZ» aşdı. Sürücü öldü, qaldı, bilmədik, ancaq dəhşətli mənzərəydi». Ağdaşın Aşağı Nemətabad kəndinin sakini Mərdan İsayev deyir, bu səhnəni yaradan səbəb yollardakı qazıntılardır. Su xətti çəkilişinə görə yolu qazan fəhlələr iş vaxtı bitəndə qazıntı yerlərini örtmədən çıxıb gedirlər. Qaş qaralanda isə ərazidən ötən avtomobillər xəndəklərə düşür. İritonnajlı maşınlar aşır, sürücülər xəsarət alır:

«Su çəkirlər, Allah ömürlərini uzun eləsin, ümid edək ki, yaxın vaxtlarda susuzluq bəlasından canımız qurtaracaq. Bəs bu sürücülərin günahı nədir ki, bunların qazdıqları xəndəklərə düşüb boyun-başlarını, qol-qabırğalarını sındırırlar? Gözümüzün önündə o boyda «KamAZ» aşdı. Sürücünün aqibətini bilmədik. Maşın xəndəyə düşüb aşmışdı, böyürü üstə qalmışdı. Su idarəsinin fəhlələri xəndəyi örtməyiblər, başa düşdük, növbəti gün işlər davam edəcək. Bəs xəbərdarlıq nişanları niyə qoyulmur?».

Kənd sakini Abbas İsmayılovun deməsinə görə, kənd yolunda qəza təhlükələri artıb. Yollarda işıqlandırma olmadığından, sürücülər qazılmış xəndəkləri görmür. Yağışlı günlərdə isə təhlükə ikiqat artır. Dərin xəndəklər su ilə dolduğundan görünməz olur.

Şərhlər

XƏBƏR LENTİ