Bank sahibinin oğlu qəza törətdi – AA nişanlı maşın dərəyə aşdı (FOTO)
Magistral yolda 3 avtomobil toqquşub.
Bakı-Quba yolunun Abşeron rayonuna düşən hissəsində 3 avtomobil toqquşub. Magistral yolda “Mercedes” markalı 10 AA 730 , “Mercedes” markalı 99 NL 847 və “Hundai” markalı 90 VJ 997 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Hadisə zamanı “Mercedes” idarəetməni itirərək dərəyə aşıb. Sürücü yüngül xəsarət alıb.
Hadisə yerinə Baş DYPŞ-nin əməkdaşları cəlb olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır.
“AzPolitika.info” dəqiqləşdirib ki, qəzaya düşən avtomobillərdən birinin – “Mercedes” markalı 10 AA 730 dövlət nömrə nişanlı bahalı avtomobilin sükanı arxasında tanınmış iş adamının, “Bank Respublika” ASC-nin prezidenti Natiq Quliyevin oğlu Saday Quliyev olub. Onun yüngül xəsarət aldığı, hadisənin də məhz bank sahibinin oğlunun günahı ucbatından baş verdiyi bildirilir.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...