Başçının yaman günə qoyduğu GORANBOY - BU NƏDİ BELƏ?
Son günlər Goranboy şəhərinin müxtəlif ərazilərindən yayılan foto və videogörüntülər rayonun abadlıq və təsərrüfat vəziyyəti ilə bağlı ciddi suallar doğurur. Sosial şəbəkələrdə və yerli sakinlər arasında müzakirə olunan görüntülərdə şəhərin bəzi küçələrinin baxımsız vəziyyətdə olduğu, yaşıllıq sahələrinin lazımi səviyyədə qorunmadığı, yol və səkilərdə problemlərin mövcud olduğu iddia edilir.
Arazpress.com bildirir ki, ortaya çıxan mənzərə fonunda diqqətlər Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin fəaliyyətinə yönəlir. Sakinlər hesab edirlər ki, rayonun mərkəzi hissəsində belə problemlərin yaşanması yerli icra strukturlarının işinə nəzarətin zəif olmasından xəbər verir. Çünki şəhərin siması hesab olunan mərkəzi küçələrdə yaranan problemlər ilk növbədə məsul qurumların diqqətində olmalıdır.
Maraqlıdır ki, son illərdə rayonda abadlıq-quruculuq, yol təmiri, yaşayış binalarının yenidən qurulması və digər infrastruktur layihələri üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrıldığı barədə məlumatlar açıqlanıb. Lakin sakinlərin bir hissəsi hesab edir ki, ayrılan vəsaitlərin xərclənməsinin nəticələri şəhərin ümumi görünüşündə və infrastrukturunda gözlənilən səviyyədə hiss olunmur.
İctimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən biri də həyata keçirilən satınalmalar və tender layihələridir. Rayon ərazisində abadlıq, təmir və quruculuq işləri ilə bağlı müxtəlif layihələrin icra edildiyi bildirilsə də, vətəndaşlar görülən işlərin keyfiyyəti və səmərəliliyi barədə daha ətraflı məlumat verilməsini istəyirlər. Onların fikrincə, dövlət vəsaitlərinin necə xərclənməsi barədə şəffaflıq artırılmalı, görülən işlərin nəticələri ictimaiyyətə daha aydın şəkildə təqdim edilməlidir.
Goranboy sakinləri hesab edirlər ki, rayonun inkişafı yalnız hesabatlarda deyil, şəhərin küçələrində, yollarında, parklarında və yaşayış məntəqələrinin ümumi vəziyyətində öz əksini tapmalıdır. Əks halda milyonlarla manat vəsaitin ayrılması barədə məlumatlar cəmiyyətdə əlavə suallar doğurmağa davam edəcək.
Bu gün Goranboyda yaranan vəziyyət fonunda sakinlərin əsas gözləntisi rayon rəhbərliyinin mövcud problemlərə operativ münasibət bildirməsi, şəhərin abadlıq və təmizlik vəziyyətinin yaxşılaşdırılması, həmçinin həyata keçirilən layihələr barədə ictimaiyyətə ətraflı məlumat verilməsidir.
Bu mənzərə qarşısında sakinlər bir sualın cavabını gözləyirlər: Dövlət büdcəsindən ayrılan vəsaitlər həqiqətənmi rayonun inkişafına xidmət edir, yoxsa, Goranboyun problemləri kağız üzərində həll olunur? Bu sualın cavabı isə ilk növbədə aidiyyatı qurumların verəcəyi izahatlardan və görüləcək real işlərdən asılıdır.
Arazpress.com




Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var