Sabah Şəki və Zaqatalada qaz olmayacaq
Sabah Şəki və Zaqatala rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Şəki xidmət sahəsi Şəki rayonu ərazisində “Turan qəsəbəsi” ölçü qovşağından qidalanan Şəki rayonunun Turan qəsəbəsini, Şəkikənd, Cəyirli, Qozbulaq, Sarıca və Qayabaşı kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xətlərinin kipliyə sınaq olunması ilə əlaqədar mayın 27-də saat 10:00-dan işlər başa çatanadək “Oğuz” qazpaylayıcı stansiyasından (QPS) qidalanan Turan qəsəbəsi ölçü qovşağından cəmi 2 171 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsi Qəbələ rayonu ərazisində K.Kərimov küçəsi 42 ünvanında vətəndaşa məxsus torpaq sahəsinin qarşısından keçən d-57 mm-lik aşağı təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Qəbələ rayonu Nəsimi küçəsinin bir hissəsində cəmi 250 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var