XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Zaqatala səhiyyəsinin Leylanın təyin etdiyi Teymur Həsənov kimdir? - VİDEO

Zaqatala səhiyyəsinin Leylanın təyin etdiyi Teymur Həsənov kimdir? - VİDEO

Zaqatala səhiyyəsinin Leylanın təyin etdiyi Teymur Həsənov kimdir? - VİDEO
14-08-2017, 12:22

Keçən yazımızdada xəbər verdiyimiz kimi Zaqatala səhiyyəsində acınacaqlı durum davam etməkdədir. Keçmiş baş həkim Leyla Seyidəliyevanın nazirlik daxilində Dəmir Ledi adı ilə adsan qazanmış xanım müavin tərəfindən himayə edilməsi və onun RMX-nın acınacaqlı durma salması azmış kimi yeni təyin edilən baş həkimə təzyiqlər etməsi ilədə bağlı məlumatlar daxil olmaqdadır.
Nazirliyə işə düzəldiyi deyilən L.Seyidəliyeva Zaqatala səhiyyə idarəsini öz mülkiyyəti hesab etdiyindən onunla işləmiş şəxsləri müdafiə edir və baş həkimin öz fəaliyyətini qurmasına maniələr yaradır - deyə səhiyyə işçisi qeyd edib. Leylanın himayəsində saxladığı hal hazırda Zaqatala Mərkəzi xəstəxanasında işləyən müavin Vasif İsrafilzadə, Kadrlar şöbəsinin müdiri Yaliyeva Zülfiy və reanimasiya şöbəsinin həkimi Nübar Masayevadır. L. Seyidəliyevanın dövründə işə götürülən reanimasiya şöbə müdiri Teymur Həsənov reanimasiyanın həkimi Nübar xanımla səhiyyə ocağının mühim şöbəsini özlərinin yemək xanasına və keyf məclisinə çeviriblər. Zaqarala RMX-ya yeni təyin edilən baş həkim Məcid Əliyev bu şəxslərlə bacara bilməməsinin səbəbi isə L.Seyidəliyevadır ki, O, bu şəxslərə toxunmaması göstərişini verərək vəzifəsindən sui-istifadə etməkdədir.
Zaqatala RMX-da rüşvətin tüğyan etməsi ilə bağlı dəfələrlə yayımlanan məqalələrimizdə də qeydlər etmiş hətda bunun video faktınıda sizlərə təqdim etmişdik və həmin videonu yenidən sizlərə təqdim edirik:
Zaqatala səhiyyəsində baş verən faciəvi ölümlərin səbəbkarı elə L.Seyidəliyeva idi ki, səhiyyədən anlayışı olmayan şəxsləri xəstəxanaya yığaraq zaqatala əhlinin ölüm hallarını artırmışdır. 2016-ci ildə həkim səhlənkarlığından ailələrin övladlarını itirməsi, övladların isə valideynləri itirməsi halları geniş vüsət almışdır. Bununla bağlı video görüntüləridə sizlərə təqdim edirik:




Etibarlı mənbədən daxil olan ilginc məlumatda isə qeyd edilir ki, L.Seyidəliyevanın Reanimasiya şöbəsinin müdiri vəzifəsinə təyin etdiyi Teymur Həsənov 2013-cü ildə Bakı Perenital Mərkəzindən ana və uşaq ölümünə görə işindən azad edilib və bununla bağlı cinayət işidə açıldığı bildirilir. Hazırda məmur davranış qaydasını kobud şəkildə pozan Teymur və Nübar cütlüyü əxlaqa sığmayan davranış sərgiləməklə Səhiyyə ocağında açıq şəkildə “etiq normalara” yaraşmayan hərəkətlər etdiyi deyilməkdədir. Bütün bu iddialar yuxarıda sadalanan məsələlərlədə bitmək bilmir. Hətda işçi işə götürülərkən onun boynuna qoyulan öhdəliklər təmir işləri və rüşvəti şirinlik adı ilə tələb etmə iddialarıda mövcudur.

Ardı Var
Araşdırmamız davam edir… Bizi izləməyi unutmayın

Bakunews.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.