XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Bu xəbər Əhməd Əhmədzadəyə çatsa... - 30 dəfə baha qiymətə satılan su

Bu xəbər Əhməd Əhmədzadəyə çatsa... - 30 dəfə baha qiymətə satılan su

Bu xəbər Əhməd Əhmədzadəyə çatsa... - 30 dəfə baha qiymətə satılan su
14-08-2017, 12:00

Bərdə rayonunun Mehdili kənd izibati ərazi vahidində yerləşən Qaradəmirçi kəndində əkin sahələrinin suvarılmasıyla bağlı ciddi problemlər mövcuddur. Kənddə özüaxan çay, arx, kanallar olmadığından suya olan tələbat artezian quyuları, ya da Qarabağ kanalına qoyulan suvarma nasosunun hesabına ödənilir. Mövcud durumdan yararlanmağa çalışan su istifadəçiləri asossasiyası isə qanunsuz olaraq əhaliyə suyu nazirlər kabinetinin müəyyənləşdirdiyi qiymətdən 30 dəfə baha qiymətə satırlar. 1000 kub.m.görə 50 qəpik, üstəgəl asosasiyanın 25 faizlik əlavəsindən sonra formalaşan qiymət 0.75 manat olduğu halda əhalidən suyun min kubmetrinə görə 30 manat alırlar. Problem barədə mətbuatda iki dəfə yazı getsə də, dəyişən heç nə yoxdur. Kənd sakini İsrafil Paşayev bildirir ki, Sovet hökuməti dağılandan Bərdə Suvarma Sistemləri idarəsi kənddə heç bir iş görməyib. Ona görədə kənddə su problemi həmişə aktual olaraq qalıb.Su asossasiyaları aldıqları pula görə qəbz vermirlər. Aldıqları pulun uçotu qeyri dəqiqdir. Bütün bu qanunsuzluqlarla bağlı cavabdeh Bərdə Suvarma Sistemləri idarəsinin də xəbəri var. Nəyə görə tədbir görmürlər, bilmirik.
Yazı hazırlanarkən qonşu Xanağalı kəndindən də özbaşınalığı təsdiq edən daha bir xəbər Miq.Az-a daxil oldu. Qeyd edək ki, hər iki kənd eyni inzibati ərazi vahidinə daxildi. Xanağalı kənd sakini Məhərrəm Babayev redaksiyamıza bildirdi ki, suvarmayla bağlı onlardakı vəziyyət bundan da betərdi: "Kəndin əkin sahələrini suvarmaq üçün Qarabağ kanalına qoyulan su nasosları vasitəsilə əraziyə ötürülən sudan istifadə edirik. Su nasoslarına yiyələnən R.Rəhimov ailəmiz İrandan gəlib, deyə bizə su vermir. Gəlməsiniz deyə Sizə su düşmür deyir. Bizə su vermədiyi halda gecəsini 100 manata qonşu Xanərəb kəndinə su satır."
İndi bu kəndlərinin sakinləri çalışırlar ki, Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəni məsələdən ağah eləsinlər.Və ümid edirlər ki, xəbər cənab Əhməd Əhmədzadəyə çatsa, camaatın problemi həllini tapar. Yerdəki məmurların özbaşınalıq və qanunsuzluqlarına son qoyular. Qaradəmirçililər Əhməd Əhmədzadənin İdarəsilə əlaqə yaratmağın yollarını fikirləşirlər.ASC-nin qaynar xəttini axtarırlar.Tapmırlar. Çünki, yoxdu...

Miq.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.