SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » MASALLININ İCRA BAŞÇISININ OĞLUNUN TÖRƏTDİYİ QƏZA GİZLƏDİLİB?

MASALLININ İCRA BAŞÇISININ OĞLUNUN TÖRƏTDİYİ QƏZA GİZLƏDİLİB?

Tarix:

9-08-2017, 17:14

/ 159 015 dəfə oxundu.
MASALLININ İCRA BAŞÇISININ OĞLUNUN TÖRƏTDİYİ QƏZA GİZLƏDİLİB?

Masallının icra başçısının oğlunun törətdiyi qəza gizlədilib?Masallı rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun oğlu Şəhriyar Hüseynovun qəza törətməsi ilə bağlı məlumat yayılıb.
Həmin məlumatda bildirilir ki, başçının oğlunun törətdiyi qəza ört-basdır edilib. 2014-cü il martın 15 Bakının Suraxanı rayonu, Zığ yolu şosesində Azərbaycanın mahir tar ifaçısı, xalq artisti Ağasəlim Abdullayevin olduğu avtomobilin vurulmasına oxşar qəza törədən başçının oğlu dərhal hadisə yerindən uzaqlaşıb.
Yada salaq ki, Xəzər Dəniz Neft Donanmasının rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “ “Mercedes Galenvagen” G55 AMG” markalı, Az 90 FE 007 nömrə nişanlı avtomobil xalq artistinin olduğu “VAZ 2106” markalı, Az 10 NB 466 nömrə nişanlı avtomobilə çırpılmışdı. Nəticədə xalq artisti və oğlu ağlır bədən xəsarətləri almış, nəvəsi, həyat yoldaşı və gəlini dünyalarını dəyişmişdilər.
R.Hüseynovun oğlunun törətdiyi qəzadan sonra cinayəti digər bir şəxs boynuna götürüb və məsələ ört-basdır olunub. Daha doğrusu, cinayəti Masallının İH başçısının sürücüsünün qardaşı üstlənib. İstintaqa ifadə verərək deyib ki, sükan arxasında o olub. Bir neçə nəfərin ölümü ilə nəticələnən qəzadan sonra başçı uzun müddət oğluna sükan arxasına keçməyi yasaqlayıb.
Qeyd edək ki, az öncə facebook sosial şəbəkəsində Rafil Hüseynovun oğlu Şəhriyar Hüseynovun fotosu yayılmışdı. “İnfo Masallı” adlı səhifənin yaydığı fotoda icra başçısının oğlunun kef məclisi əksini tapıb. Fotodan görünür ki, Şəhriyar Hüseynovun fotosu çəkilən məkan striptiz-bardır. Yarıçılpaq qadınların fonunda əzələ nümayiş etdirən Şəhriyar Hüseynov Bakı şəhərinin ən bahalı gecə klublarının hörmətli qonaqlarından hesab olunur.
“Onun bir gecədə 3-4 min manat hesab verməsi, gecə klubuna ən azı yanında 5-6 qızla gedən Şəhriyar bəy, görəsən, haradan qazanır bu qədər pulu? Bizə çox maraqlıdır” – deyə “İnfo Masallı” səhifəsini admini sual edir. Bu sualın cavabını axtarmaq üçün çox böyük araşdırmalara ehtiyac yoxdur. Saytlarda Rafil Hüseynovun Masallıda sahibkarlara şərik çıxması haqda kifayət qədər məlumatlar var. Bildirilir ki, Masallı Mərkəzi Xəstəxanasına çörək və çörək məhsullarının satışı yalnız Masallı Çörək Zavodu vasitəsi ilə həyata keçirilir. Zavodun sahibi Rəfil Həsənovla icra başçısı Rafil Hüseynovun çox ciddi ilişgilərinin olduğu deyilir. Bəzi iddialara görə, 20 qəpiyə başa gələn çörəyi tender vasitəsi xəstəxanaya 70 qəpiyə sənədləşdiriblər. Hər çörəkdən 50 qəpik qazanmaqla gecə barlarında hesab verməyin mümkünlüyü barədə fikir söyləmək də çətin deyil.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müşavirələrdə bəyan edib ki, məmurlar özlərinə və övladlarına çəki-düzən verməlidirlər. Dövlət başçısı bəyan edib ki, övladları harınlıq edən, camaatı incidən və özbaşınalıqlarla məşğul olan məmurları ağır şəkildə cəzalandıracaq. Qeyd edək ki, indiyə qədər prezident bir neçə məmuru övladlarının hərəkətinə görə işdən azad edərək, cəzalandırıb. Masallıdakı yeganə Çörək Zavodunun sahibi olan Rafil Həsənovun adı həmçinin bir sıra tenderlərdə hallanır.

Şərhlər

XƏBƏR LENTİ