SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Yaxşı, yerli turistləri başa düşdük, bəs bura gələn xarici turist nə düşünər?!" - GİLEY

"Yaxşı, yerli turistləri başa düşdük, bəs bura gələn xarici turist nə düşünər?!" - GİLEY

Tarix:

19-06-2024, 10:31

/ 959 dəfə oxundu.
"Yaxşı, yerli turistləri başa düşdük, bəs bura gələn xarici turist nə düşünər?!" - GİLEY

"Bildiyiniz kimi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası səma cisimlərinin müşahidəsi aparıldığı ölkənin çox əhəmiyyətli – elmi-tədqiqat müəssisələrindən biridir. Burda mövcud olan 2 günəş 4 ulduz teleskopları insan gözünün görmə qabiliyyətindən 110 milyon dəfə güclüdür". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra müəllif belə davam edir: "Son zamanlar yerli tur şirkətləri Şamaxı istiqamətində tur paketlərin proqramına daxil edilən Şamaxı Rəsədxanasına Astronomiya ekskursiyası- astro-turizm marşrutu çox populyarlaşıb.

Düzdür, onu da qeyd etmək lazımdır ki, tur şirkətləri çox vaxtı insanları aldadırlar və göbələk kimi artan tur şirkətlərinin səviyyəsi çox aşağı olduğundan onların bələdçilərinin əksəriyyətinin apardıqları muzeydən, tarixi, elmi məkandan məlumatı 0 səviyyəsində olur. Amma bu başqa mövzunun söhbətidir.

Bu rəsədxana ziyarətçiləri gecə və gündüz təyin edilən vaxtlarda qəbul edir.

Rəsədxanaya daxil olan yerli və xarici qonaqlar ərazidə olan teleskoplarla, muzeylə, digər eksponatlarla tanış ola bilirlər..
Məlumat üçün deyim ki, burada fəaliyyət göstərən astronomik muzeyə giriş ödənişlidir. Böyüklər üçün giriş 3, kiçiklər üçün 2 manat, məktəbəqədər uşaqlar üçün isə pulsuzdur.

Demək, bu yaxınlarda belə turların birinə mən də təsadüfən qoşuldum və rəsədxananın turistlərə göstərdiyi xidmətdən və buradakı bilet sisteminin təşkilindən pis mənada şoka düşdüm. Belə ki 4-5 tur avtovusları yerli turistləri gətirib “tökdülər” rəsadxananın qapısına . Rəsədxanadan içəri buraxmadılar deyə yol gələn insanları istidə, günün altında bir xeyli ayaqüstə  çöldə (çünki oturmağa yer yox idi) gözlətdirdilər, sonra qrup-qrup kiçik bir otağın içindən buraxdılar içəri, rəsədxananın həyətinə.(Qeyd:Girişlə çıxş eynidir) Bundan sonra isə əvvəliki- rəsədxanadan çıxan qruplar çıxanacan  yenə gözlətdirdilər ayaq üstə. Çünki, rəsədxananın ərazisində də çölündə olduğuki kimi oturmağa yer, daldanacaq “besedka“ filan yox idi. Burada bilet-milet  söhbəti konkret yoxdur. Ən azından görünən odur ki, olmadı. Bəlkə başqa vaxt olur, deyə bilmərəm.

Sadəcə 2-3 nəfər kostyumlu, özlərini oranın işçiləri kimi göstərən bir neçə şəxs  əllərində qeyd kitabçası tutub bir-bir gözayarı sayı  qrupların yolunu kəsib adambaşına pul alır nağdı və  özündə qeyd edib sonra buraxdılar.Bu cür primtiv giriş çox acınacqlı hal idi və belə yanaşma ilə  inanmıram ki, turizmi inkişaf etdirmək olar. Ən azından bura bir müasir turniket sistemi quraşdırmaq olardı. Və ya giriş -çıxışı ayrı etmək olardı ki,sıxlıq yaranmasın gələnlər əziyyət çəkməsin.

 Ərazidə oturacaqlar yerləşdirmək, sivil qaydada bilet satışını təşkil etmək olardı. Burda onlayn bilet almaqdan danışmaq təbii ki, mənasızdır.

Maraqlıdır,görəsən rəsədxanada maliyyə hesabatı necə aparılır?! Belə çıxır burda turistlərdən nə qədər pul yığıdı cibə gedir.

Yaxşı, yerli turistləri başa düşdük, bəs bura gələn xarici turist nə düşünər?!

Halbuki  rəsədxananın yenidənqurulması üçün rəsmi olaraq 8 milyon maliyyə vəsaiti ayrılıb.

Bu qədər maliyyənin müqabilində belə nüfuzlu rəsədxanada beynəlxalq turizmi inkişaf etdirmək əvəzinə niyə turizm belə aşağı səviyyədə təşkil olunmalıdır?!

Ən azından rəsədxanadan milyon km uzaqda olan səma cisimlərini görmək olursa 10-15 metr arlıqda baş verənləri də görmək olar…"

Məsələ dia-az.info olaraq diqqətimizdədir....

Şərhlər

XƏBƏR LENTİ