SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabadda səhiyyə GÜL VURUR - İTTİHAM VAR...

Cəlilabadda səhiyyə GÜL VURUR - İTTİHAM VAR...

Tarix:

9-04-2024, 09:40

/ 682 dəfə oxundu.
Cəlilabadda səhiyyə GÜL VURUR - İTTİHAM VAR...

 Redaksiyamıza Cəlilabad rayonun Buravar kənd sakini Kazımov Rahib İbrahim oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Oxucularımıza Rahib Kazımovun yazdığı şikayət ərizəsini olduğu kimi çatdırırıq. O, qeyd edir ki, "Cəlilabad Rayon Dioqnostika Mərkəzinin Poliklinika Şöbəsi səhiyyə müəssisəsi deyil, sanki “kolxoz bazarı”dır. Belə ki, bu şöbənin baş həkimi özünə yaxın olan şəxslərin, yəni tərəflər arasında “dəllallıq” edən şəxslərin vasitəsilə sağlamlıq haqqında arayışların topdan və pərakəndə satışını həyata keçirməklə, hər gün əməlli-başlıca gəlirlər əldə etməyi bacarır. Yəni, bu zaman hansısa şəxs müayinədən keçirilmir, yaxud da həmin şəxsin heç bir qeydiyyatı aparılmır, amma həmin şəxslərə sağlam olmaları haqda sağlamlıq arayışları verilir. Məsələn, buna 04 aprel 2024-cü il tarixdə Məmmədov Anar Əyyar oğluna verilmiş sağlamlıq haqqında arayış da misal ola bilər. Unutmaq olmaz ki, bu cür neqativ hallar yüzlərlə deyil, minlərlədir və hər gün də, bu yöndə qanunsuzluqlara qol qoyulur. Bir sözlə, lazım gələrsə digər faktları da təqdim edə bilərəm. Diqqətinizə onu da çatdirmaq istəyirəm ki, 05 aprel 2024-cü il tarixdə saxta yolla verilmiş daha 6 ədəd sağlamlıq haqqında tibbi arayışın kimlərə verildiyini bilirəm və ehtiyac duyulduğu təqdirdə, məhz həmin arayışları da sübut kimi təqdim edə bilərəm".

Nyus.Az

Şərhlər

XƏBƏR LENTİ