İlham Əliyev Maya Sandunu təbrik ETDİ
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti Maya Sanduya təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir:
“Hörmətli xanım Prezident,
Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Moldova dostluq və əməkdaşlıq əlaqələrinin müvəffəqiyyətlə inkişaf etməsi məmnunluq doğurur. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bir sıra sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaratmışdır.
Kişineuda təşkil olunan “Avropa Siyasi Birliyi”nin ikinci Zirvə Toplantısında iştirak etmək məqsədilə Moldovaya səfərim çərçivəsində Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız danışıqları ən xoş təəssüratlarla xatırlayıram.
Əminəm ki, Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsi, xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi, birgə fəaliyyətimizin potensialından tam istifadə olunması naminə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Moldova xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var