SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ərdoğan Əliyevə zəng etdi - Son olaylara görə

Ərdoğan Əliyevə zəng etdi - Son olaylara görə

Tarix:

7-07-2017, 09:07

/ 99 351 dəfə oxundu.
Ərdoğan Əliyevə zəng etdi - Son olaylara görə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin mətbuat xidmətinə istinadən xəbər veririk ki, Ərdoğan cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iki azərbaycanlı mülki şəxsin – nənə və nəvənin qətlə yetirilməsi ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların doğmalarına dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib.

İ. Əliyev deyib ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı növbəti dəfə törədilmiş hərbi cinayətdir:

“Dinc əhaliyə qarşı törədilən bu qanlı cinayət erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu hərbi cinayətə görə bütün məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür”.

Telefon söhbəti zamanı yaxın günlərdə Türkiyədə keçiriləcək Dünya Neft Konqresi ilə bağlı məsələyə də toxunulub, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə edilib.

İlham Əliyev Ərdoğana göstərdiyi qardaşlıq mövqeyinə və başsağlığına görə bir daha Azərbaycan xalqı adından minnətdarlığını bildirib.

Şərhlər

XƏBƏR LENTİ