“Zeynəb Xanlarova Zəhradan danışmalıdı...”
Tanınmış jurnalist Mir Şahin Ağayev ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən Zəhradan yazıb. Jurnalistin sosial şəbəkədə yazdığı statusu təqdim edirik:
“2 yaşlı Zəhra dünya boyda böyüyə bilər. Amma bundan ötrü işləmək lazımdır. Azərbaycanın dünyadakı bütün səfirliklərində mətbuat konfransları keçirilməli, burada körpə Zəhranın qan daman şəkli nümayış etdirilməlidir. Ən azı Azərbaycanda akkreditasiyadan keçmiş diplomatik korpusun nümayəndələrinin günü bu gün hadisə rayonuna səfərini təşkil etməliyik. Azərbaycan bu hadisəni yerli tamaşaçıya yox, beynəlxalq vitrinə çıxarmalıdır. Bakı ATƏT-in Minsk qrupu həmsədrlərini təcili görüşə toplamalıdır. Bu dəhşətli hadisəni ənənəvi məhəlli təbliğat relsindən çıxarmalıyıq. Azərbaycan efirində erməniləri Azərbaycan dilində söymək çıxış yolu deyil. Azərbaycanlıların onsuz da bildiyi həqiqətləri təzədən elə onlara təkrarlamaq kimə və nəyə lazımdır?
Zəhra öz kiçik canı ilə Azərbaycana hələ ki, yalnız öz bacardığı kimi işləyir. Bəs bizim bacardığımız? Nüfuzsuz, yorucu, nitqi və duruşu ilə əsnək gətirən, hər gün gözlərimizi döyəcləyən boz propaqanda müqəvvalarına imkan vermək olmaz ki, belə təsirli faktı gözdən salsınlar!
Azərbaycandan kənarda tanınmayan, telekanalların dəyirmi masalarında fırfıra kimi fırlanan, yalnız bizə tanış hövzə siyasətçilərini təcili efirdən yığışdırmaq lazımdır. Polad Bülbüloğlu, Tahir Salahov, Zeynəb Xanlarova, Rüstəm İbrahimbəyov kimi beynəlxalq miqyaslı azərbaycanlılar danışmalıdır. Özü də burda, Bakıda yox! Biri Parisdə, biri Nyu-Yorkda, biri Moskvada biri İstanbulda mətbuatı başına toplamalıdır.
Unutmayaq ki, həqiqəti demək hələ hər şey deyil! Həqiqəti kimin deməsindən çox şey asılldır. Üstündə beynəlxalq etimad leyblı olan şəxslər danışmalıdır. İnandırıcı görünməyə çalışmaq bir şeydir, inandırmaq başqa!
Bu müdhiş hadisə Cocuq Mərcanlı köçü ərəfəsində baş verdi! Cocuğumuzu vurdular...!!! Qaldı Mərcanlı... Qalacaqmı?"

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?